İlham Əliyev bu gün hökumətin təcili iclasını çağırıb
Kateqoriya məlum deyil
Bu gün - sentyabrın 1-də günün birinci yarısında Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin təcili toplantısının keçiriləcəyi bildirilir
Bu barədə hökumətdəki məlumatlı mənbələrdən informasiya daxil olub.
Məlumata görə, hökumətin iclası qlobal iqtisadi böhran fonunda ölkədə yaranan sosial-iqtisadi vəziyyətə həsr ediləcək.
İclasda büdcənin icrasının gedişi, dünya bazarlarında neftin qiymətinin düşməsi üzündən iqtisadiyyatda yaranan problemlər nəzərdən keçiriləcək. Prezident İlham Əliyevin tədbirdə çıxış edəcəyi gözlənilir.
Mənbə: virtualaz.org






