Logo

Nizamidə “Kütləvi çıxarış” kampaniyası

Nizamidə “Kütləvi çıxarış” kampaniyası
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşlar üçün sosial layihəsi olan “Kütləvi çıxarış” kampaniyasını davam etdirir.

“Qafqazinfo” xəbər verir ki, bu dəfəki kampaniyadan Bakı şəhərinin Nizami rayon sakinləri faydalanıb. Belə ki, Nizami rayonunda yerləşən bir neçə çoxmənzilli yaşayış binasının 100-ə yaxın sakininə daşınmaz əmlakın qeydiyyatı xidmətləri göstərilib və çıxarışlar təqdim olunub. Qeyd edək ki, kampaniya çərçivəsində qanunla müəyyən edilmiş dövlət rüsumu və xidmət haqqı ödənilməklə çıxarış verilir.

Kampaniya nəticəsində qeydiyyat xidmətləri komitənin mobil ofisləri vasitəsilə vətəndaşlara birbaşa ünvanlarında çatdırılıb. Bununla da, vətəndaşlar xidmətlərdən daha rahat və çevik qaydada faydalanıb. “Kütləvi çıxarış” kampaniyasının digər mühüm üstünlüyü bütün qeydiyyat xidmətlərinin “bir pəncərə” prinsipi əsasında göstərilməsidir. 
Komitənin hüquqşünasları tərəfindən kampaniya çərçivəsində vətəndaşlara hüquqi yardımlar göstərilib.

Nizamidə

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR