Logo

İlham Əliyev icra başçılarını dəyişdi - Rəsmi

İlham Əliyev icra başçılarını dəyişdi - Rəsmi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Prezident İlham Əliyev icra başçıları ilə bağlı daha bir sərəncam imzalayıb.

Sfera.az-ın məlumatına görə, sərəncamda qeyd olunur ki, Nəsib Məhəmməd oğlu Məhəməliyev Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.

Prezidentin digər sərəncamı ilə Asif Yunis oğlu Əsgərov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, Asif Əsgərov Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək yeni vəzifəyə təyinat alıb.

***

Prezident İradə Akif qızı Gülməmmədovanı Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edib.

Xatırladaq ki, daha əvvəlki sərəncamla Abşeronun icra başçısı Zakir Fərəcov əvvəlki vəzifəsindən azad edilərək Sumqayıt şəhərinə icra başçısı göndərilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR