Logo

Hicablılara “bayquş” deyən aparıcı yenidən ANS-də

Hicablılara “bayquş” deyən aparıcı yenidən ANS-də
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Hicablı qadınlara “bayquş” dediyi üçün ANS-dən uzaqlaşdırılan teleaparıcı Elnarə Təhməzova yenidən efirə qayıdır.

Sfera.az “qafqazinfo”nun məlumatına istinadən bildirir ki, bu haqda ANS-in “Facebook” səhifəsində məlumat verilib. Teleaparıcı yenidən “İncə maraqlar” və “İncə+” verilişi ilə tamaşaçıların görüşünə gələcək.

Qeyd edək ki, “İncə maraqlar” verilişində aparıcı E.Təhməzova hicablıların qara geyinməsinə etiraz edərək, belə geyinən xanımları “bayquş”a bənzətmişdi. Bundan sonra ANS-in Yaradıcılıq Şurası araşdırma apararaq aparıcını efirdən kənarlaşdırıb və onun müəllifi olduğu "İncə Maraqlar" və “İncə+” verilişlərinin yayımının dayandırılması barədə qərar vermişdi.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR