Logo

Prezident orta məktəbdə

Prezident orta məktəbdə
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Prezident İlham Əliyev Bakının Səbail rayonundakı 189-190 nömrəli orta məktəbdə həyata keçirilən təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub.

Sfera.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlətn başçısına məlumat verib. Bildirib ki, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülür. 189-190 nömrəli orta məktəbdə də bütün sinif otaqları, fənn kabinetləri ən müasir tələblər səviyyəsində qurulub. Məktəb yüksək tələblərə cavab verən avadanlıq və müasir dərs ləvazimatları ilə təchiz edilib. Şagirdlərin nəzəri bilikləri laboratoriyalarda tətbiq etmələri üçün də zəruri avadanlıq quraşdırılıb.

Prezident İlham Əliyev məktəbin sinif otaqlarını gəzib, yaradılan şəraitlə tanış olub.

Prezident İ. əliyev bu gün həmçinin Yasamal rayonundakı Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin binasında təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR