Logo

Azərbaycanda güclü zəlzələ oldu - 7 bal-Yenilənib

Azərbaycanda güclü zəlzələ oldu - 7 bal-Yenilənib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu dəqiqələrdə Azərbaycanın bir sıra bölgələrində zəlzələ olub.

Sfera.az xəbər verir ki, Bu barədə “qafqazinfo”ya bölgələrdən məlumat verilib. Məlumatlarda zəlzələnin güclü olduğu və dağıntılara səbəb olduğu bildirilir.

***

Respublika Seysmoloji Xidmət Mərkəzindən "qafqazinfo"ya verilən məlumata görə, bu gün yerli vaxtla saat 09:49:36-da Şəki ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, yaxın yaşayış məntəqələrində 4 bala qədər hiss olunub. İsmayıllı, Mingəçevir və Mərkəzi Aran zonalarınd da zəlzələ hiss olunub.

***

Respublika Seysmoloji Xidmət Mərkəzi zəlzələ ilə bağlı daha bir məlumat yayıb. Məlumatda bildirilir ki, Zəlzələ episentrdə 7 bal, ətraf rayonlarda 6-5 bala qədər hiss olunub.

***

Füzuli rayonunun Qayıdış qəsəbəsinin sakinləri "qafqazinfo"ya bildiriblər ki, qəsəbədə yerləşən inzibati binaların əksəriyyəti zərər görüb, tikililərdə iri çatlar əmələ gəlib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR