Logo

Millət vəkilləri zəlzələdən danışdı - “Çat əmələ gəlib...” - Yenilənib

Millət vəkilləri zəlzələdən danışdı - “Çat əmələ gəlib...” - Yenilənib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Millət vəkili Aydın Mirzəzadə baş vermiş zəlzələ barədə məlumat yayıb.

Sfera.az “qafqazinfo”-ya istinadən xəbər verir ki, millət vəkili sosial şəbəkədə yazıb ki, Mingəçevirdə zəlzələ olub, hətta bəzi binaların otaqlarında çat əmələ gəlib: “Şəhər icra hakimiyyətinə, tanışlara zəng etdim. Hələ ki, dağıntılar və ağır fəsadlar barədə xəbər yoxdur.

Həmin vaxtı Bakıda olduğum otaqda lüstürün zəif tərpənişini mən də hiss etdim”.

***

Şəkidən seçilmiş millət vəkili Əli Məsimli qafqazinfo”ya açıqlamasında bildirib ki, zəlzələdən sonra rayonla əlaqə saxlayıb: “Seysmoloji xidmətdən mənə dedilər ki, Şəkidə 4,5, 5 bal gücündə zəlzələ hiss olunub. Baş vermiş zəlzələyə görə, binalarda çatlar əmələ gələ bilər. Amma kütləvi dağıntı və tələfat yoxdur”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR