Logo

Dəhşətli fotonun müəllifi danışdı - VİDEO

Dəhşətli fotonun müəllifi danışdı - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bütün dünyada müzakirə olunan 3 yaşlı Kobani qaçqını Aylan Kürdi və digərlərinin ölümünü çəkən müxbir yaşadığı anlar barədə danışıb.

Sfera.az “qafqazinfo”-ya istinadən xəbər verir ki, fotoların müəllifi Doğan Xəbər Agentliyinin (DHA) müxbiri Nilufər Dəmir 3 yaşlı Aylanı görərkən qanının donduğunu vurğulayıb: “O an peşəmdən başqa edə biləcəyim bir şey yox idi. Aylan yerdə qırmızı köynəyi, göy rəngli şortu və beli yarıya qədər sıyrılmış vəziyyətdə yatırdı. Tək edəcəyim onun cansız bədənin harayını duyurmaq idi və o anın şəklini çəkdim. 100 metr qabaqda qardaşı Qalib yatırdı. Onun da köynəyi sıyrılmışdı. Onların heç birinin üzrəində xilasedici köynək, suyun üzərində tuta biləcək vasitə yox idi. Bu da olayın əsl faciəsini ortaya qoyurdu”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR