Bakı metrosunda faciə: gənc oğlan qatarın altına düşdü
Bakı metrosunda faciə: gənc oğlan qatarın altına düşdü
Sfera.az xəbər verir ki Bakı Metropoliteninin "28 May" stansiyasında ölüm hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, hadisə bu gün saat 12:00 radələrində qeydə alınıb.
Təxminən 18-20 yaşlı gənc oğlan qatarın altına düşüb və hadisə yerində dünyasını dəyişib.
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nəsimi Paşayev APA TV-yə faktı təsdiqləyib. Onun sözlərinə görə, hazırda stansiyada qatarların hərəkəti dayandırılıb: "Amma hadisənin təfərrüatlarını bilmirəm. Hazırda hadisə yerindəyəm. Onun qatarın altına özünü qəsdən atdığı, yoxsa ehtiyatsızlıqdan düşdüyü barədə məlumatım yoxdur”.
Prokurorluq əməkdaşları hazırda hadisə yerində araşdırma aparır.