Zahid Oruc namizəd olacaq?
Cəmiyyət
09:21 / 06.09.2015
1581
Millət vəkili Zahid Oruc 1 noyabr parlament seçkilərində iştirak edəcək? Milli Məclisin üzvü Z.Oruc SFERA.AZ-ın bu barədə sualını cavablandırıb.
Millət vəkili “Mənim mənsub olduğum bir komanda var və burada vahid lider ətrafında birləşən insanlar kimi, bizim fəaliyyətimiz də həmən kursun qaydalarına söykənir. Yəni, burada özfəaliyyət deyil, daha artıq dərəcədə dəqiq ölçülüb-biçilmiş, koordinasiya olunan və vahid liderin qarşıdaki dönəm üçün verdiyi qərarlara söykənən bir fəaliyyət mövcutdur. Belə olan təqdirdə gələcəkdə parlament üzvü olmağımız bu dövlətin maraqlarına uyğun olacaqsa iştirak edəcəyik. Bu səbəbdən də, hakim partiyanın qərarını gözləyirik. Çünki iqtidar partiyasının atacağı addım gələcək parlamentin formalaşması üçün mühüm bir baza rolunu oynayır”-deyə, bildirib.