Sensasiya: Peruda 12 metrlik nəhəng skelet tapılıb - FOTOLAR
Cəmiyyət
10:07 / 06.09.2015
1799
İnsanlara qədər yer üzündə müxtəlif sivilizasiyaların yaşaması haqda müxtəlif nəzəriyələr çoxdan olsa da, son zamanlar üzə çıxan şok tapıntılar insanlıq tarixi barədə qəbul edilmiş rəsmi məlumatları təkzib edir.
Sfera.az xəbər verir ki, Hər şey XX əsirdə başladı, o vaxt ki, qərb arxeoloqları Latın Amerikasının çətin keçidləri ərəfələrinə üz tutdular O zaman 28 iyun 1914-cü ildə Peru dağlarında qədim tikintilərdən birinin qazıntılarında uzunluğu 11,7 metr olan skelet aşkar edilibdi. Skeletdən əlavə həmin yerdən tapılmış müraciyətdə deyilirdi ki, ölmüş bu qədim insanı narahat etmək dəhşətli müharibəyə gətirib çıxara bilər. Xatırladaq ki, düz bir ay sonra 1-ci Dünya müharibəsi başladı.
İnsanlar bu cür tapıntıları bütün Dünyada özünü göstərdi, Ədalət naminə qeyd edək ki, bu tapıntıların heçdə hamısı müharibə və kataklizimlərə gətirib çıxarmadı. 1930-cu ildə Avstraliyada tapılmış insan ayaq pəncəsi təsviredilməz ölçüdə - 71-83 sm olmuşdu. Bu ölçüyə uyğun olaraq həmin insanın boyu 4 metrdən az olmamalı idi.
Analoji tapıntı Avstraliyada 1985-ci ildə də baş vermişdi, O zamanlar hündürlüyü 68.mm eni 43.mm olan insan dişi tapılmışdı. Tanınmış cərrah və dantistlər (diş həkimləri) təsdiq etdilər ki, bu cür diş sahiblərinin boyu 8 metrdən az olmamalıdır. Maraqlıdır ki, Yer üzündə nəhənglərin olması hətta Bibliyada da inkar edilmir. Bu cür fikirlər demək olar ki, bütün qədim dinlərdə səslənib. Qədim Yunan əfsanələrində göy üzünü çiyinləri üzərində saxlayan atlantlar və ya İskandinavya əfsanələrində nəhəng adam göstərilirdi.
Ozal Məmmədov
Sfera.az



