Azərbaycanda baş verən zəlzələ - Türkiyə mediasında - VİDEO
Kateqoriya məlum deyil
İki gün əvvəl Şəkidə yaşanan güclü zəlzələ Türkiyə mediasının xəbər mövzusu olub. Zəlzələ hadisəsi yaşanan zaman Azərbaycanın regional televiziyası olan “Region TV”i baş verən titrəyişi lentə almışdı. Zəlzələ baş verən zaman aparıcı canlı olaraq verilişi davam etdirmiş və zəlzələni şərh etmişdi. Bu zaman aparıcının səsindəki qorxunu hiss eləmək də mümkün idi.
Sfera.az “A24.az” saytına istinadən xəbər veriri ki, titrək səsi ilə baş verənləri şərh edən aparıcının videogörüntüsü Türkiyənin xəbər proqramlarında da təqdim olunub.






