Logo

"Çox sayda şəhidimiz var, bir nömrəli düşmənimiz PKK-dır" - Ərdoğandan canlı yayımda sərt mesajlar

"Çox sayda şəhidimiz var, bir nömrəli düşmənimiz PKK-dır" - Ərdoğandan canlı yayımda sərt mesajlar
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyə  prezidenti   Rəcəb  Tayyib  Ərdoğan   canlı yayımda  danışır.

Sfera.az avropa.info-ya istinadən xəbər verir ki,  "A Xəbər"in  qonağı olan prezident  Hakkaridə  baş verən olaya da toxunub.
"Çox sayda şəhid verdiyimiz PKK hücumu var. Hər şeydən əvvəl kədərliyik. Hazırda baş nazir də təhlükəsizlik iclası keçirir. Bölgədə atılacaq addımlar daha qərarlı olacaq.  Məlum partiya terror təşkilatını arxasına alaraq hərəkət edir. Terrora qarşı birgə mübarizə yoxdur. Terrora qarşı ortaq bir siyasi  yön ortaya qoya bilməmişik. Biz terrorla mübarizə, milli birlik və qardaşlıq olmasını istədik. Bu layihəyə qarşı bir partiya çıxdı. Millətçisənsə buna qarşı çıxmayacaqsan.
Bunlar  Türkiyə dövlətindən  qərb ölkələrinə şikayət edəcək qədər alçalmışlar. Bunlar cənazələrə gəlirlər, düşünürlər ki,  orada necə manipulyasiya edək, nə çıxararıq. "Bizim üçün bir nömrəli təhdid PKK-dır. Növbəti yerdə isə xaricdən gələn təhdidlərdir ki, İŞİD burada 2-ci yerdədir. Mübarizəmiz yalnız İŞİD-lə deyil; PKK, PYD və DHKP-C ilə də mübarizə davam edir. Qərb bizi bu mübarizədə həmişə tək qoydu. PKK ilə mübarizəni sona qədər davam etdirmək məcburiyyətindəyik."
Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR