Bu gün Rusiya və Ermənistan prezidentlərinin görüşü olacaq
Kateqoriya məlum deyil
Rusiya prezidenti Vladimir Putin bu gün Moskvada erməni həmkarı Serj Sarkisyanla görüşəcək.
Sfera.az "Report"-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin məlumatında bildirilir.
"Gündəlikdə siyasi, iqtisadi, mədəni-humanitar sahələrdə ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi məsələləri və Avrasiya məkanında qarşılıqlı inteqrasiya fəaliyyəti durur", - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, görüş Ermənistan prezidentinin Rusiyaya işgüzar səfəri çərçivəsində baş tutacaq.






