Bu avtobuslarda ön qapıdan düşmək olmaz - VİDEO

Bu avtobuslarda ön qapıdan düşmək olmaz -  VİDEO

Bu gündən etibarən Bakıda 1 nömrəli “Baku Bus” marşrutu fəaliyyətə başlayıb. Bu marşurutla hərəkət edən avtobuslar "28 May" metro stansiyasından "Koroğlu" metro stansiyasına qədər gedir. Ancaq hər zaman istifadə etdiyimiz avtobuslardan fərqli olaraq “Baku Bus” üçün bir neçə qaydalar tələb olunur. 

Sfera.az həmin  qaydaları təqdim edir:

1. Avtobusa sərnişinlərin girişi qabaq qapıdan tələb olunur.

2. Avtobuslardan sərnişinlərin çıxışı ikinci və üçüncü qapılardan tələb olunur.

3. Qabaq qapı vasitəsilə avtobusdan düşmək, həmçinin ikinci və üçüncü qapıdan avtobusa daxil olmaq qəti qadağandır.

4. Qabaq qapı vasitəsilə avtobusa girib gediş haqqı ödənişi üçün xüsusi aparata kartı qoyun.

5. Sizin kartınızın cihaz vasitəsilə müvəffəqiyyətlə yoxlandığına əmin olduqdan sonra salona daxil olun.

6. Keçid zamanı sıxlıq yaratmayın. Sərnişinlərin salona girişinə mane olmadan ödənişi edin.

7. Yeni avtobuslarda gediş haqqı ödənişi yalnız "BakıKart" ictimai nəqliyyatının vahid kartlarının köməyi ilə həyata keçirilir.

8. "Baku Bus" şirkətinin avtobuslarında nağd ödəniş qadağan edilir.

9. "Baku Bus" şirkətinin avtobusları yalnız müəyyən edilmiş dayanacaqlarda dayanır. Dayanacaqdan kənarda avtobuslar dayanmayacaq.

10. Avtobus salonunda siqaret çəkmək, qidalanma və ictimai nəqliyyatda qəbul edilməyən davranış normaları qəti şəkildə qadağan edilir.

11. Sərnişinlər və ictimai nəqliyyatın sürücüsünün təhlükəsizliyinin təmin olunması üçün "Baku Bus" şirkətinin avtobuslarında videonəzarət kameraları işləyir.

12. Şirkətin iş prinsipləri haqqında lazımlı informasiyanı siz internetdə "Baku Bus" www.bakubus.az şirkətinin saytından tapa bilərsiniz, həmçinin - *4242 və (012) 404-11-10 telefon nömrələrindən əldə edə bilərsiniz.


OXŞAR XƏBƏRLƏR

"Microsoft"da maaşlar nə qədərdir? - 2025-ci ilin yenilənmiş siyahısı

"Google", "Apple", "Amazon" və "Microsoft" kimi "Big Tech" adlandırılan texnologiya nəhənglərində çalışmaq bir...

Adanada FACİƏ - Evlilik təklifi üçün havaya qalxan təyyarə qəzaya uğradı - VİDEO

Adanada baş verən təyyarə qəzasının təfərrüatları məlum olub.   Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən Adanada özəl aviasiya şir...

Bu il 100-dən çox şəxs ad və soyadını dəyişdirib

Azərbaycanda ad və soyadı, soyadın sonluğunu dəyişmək mümkündür. 18 yaşına çatdıqdan sonra hər bir Azərbaycan Respublikası vətəndaşı öz adını, ata adını və soya...

Pediatr 9 günlük körpəni pulla alıb

Türkiyənin Kuşadası rayonunda pediatr işləyən həkim, doğuş edən qadının 9 günlük körpəsini pul qarşılığında alaraq evinə aparıb.   Sfera.az xəbər ver...

Müdafiə naziri türkiyəli şəhid ailələri ilə görüşdü

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi g...

Kişilər bu səbəbdən xəyanət edir – ARAŞDIRMA

Son illərdə aparılan psixoloji və sosioloji araşdırmalar nəticəsində kişilərin xəyanət etmə səbəbləri üzə çıxarılıb. Araşdırmalara görə, kişilərin xəyanət etməs...