"Bakı Kart" pulumuzu "udanda" nə etməliyik? — RƏSMİ CAVAB

"Bakı Kart" pulumuzu "udanda" nə etməliyik? —  RƏSMİ CAVAB
"Bakı Kart" bundan əvvəlki kartlardan fərqli olaraq yeraltı və yerüstü nəqliyyatda da istifadə oluna bilməsi ilə seçilir.
 
"Bakı Kart"ın üstünlükləri qədər mənfi cəhətləri də ortaya çıxıb.
 
"Bakı Kart"a nəzərdə tutulmuş xüsusi aparatdan pul yükləyən zaman ödənişin nəticəsi olaraq aparat qəbz dərc edir. Bundan əvvəlki metro kartlarında ödənişiniz kartın balansına oturmayanda aparatın sizə verdiyi qəbzi metropoliten əməkdaşına təqdim edir, qəbzdəki məbləği kartın balansına "oturtmaq" olurdu. Ancaq "Bakı Kart"larda bunun mümkün olmadığı ortaya çıxıb.
 
Ötən gün əməkdaşımız da bu problem ilə qarşılaşıb. Metronun "Nəsimi" stansiyasında "Bakı Kart"a 1 manat yükləyən zaman aparat pulu qəbul edib, lakin pul kartın balansına yüklənməyib. Aparatın verdiyi qəbzi metropoliten işçisinə təqdim edən əməkdaşımıza metro stansiyasında yerləşən kassadan bildiriblər ki, əvvəlki metro kartlarında bu mümkün idi, ancaq "Bakı Kart"larda mümkün deyil. Mümkündürsə də, onlara bunun qaydasını öyrətməyiblər: "Bizə elə bir tapşırıq da verməyiblər ki, qəbzi götürüb məbləği müştəriyə qaytaraq, yaxud kartına yükləyək".
 
Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevlə əlaqə saxladıq. Şöbə rəisi ölkə.az-a bildirdi ki, xidməti göstərən "Bakı Kart"dır. "Bakı Kart"ın "20 yanvar", "İnşaatçılar", "Cəfər Cabbarlı" və "Nəriman Nərimanov" stansiyalarında olmaqla Bakı metropolitenində 4 analiz mərkəzi var. "Bakı Kart"larda problemi olan vətəndaşlar kart və qəbzlə sadəcə həmin mərkəzlərə yaxınlaşıb problemlərini həll edə bilər. "Bakı Kart"ın tabeçilik baxımından Metropoliten idarəsinə heç bir aidiyyatı yoxdur, onlar xidmət göstərirlər.

OXŞAR XƏBƏRLƏR

"Microsoft"da maaşlar nə qədərdir? - 2025-ci ilin yenilənmiş siyahısı

"Google", "Apple", "Amazon" və "Microsoft" kimi "Big Tech" adlandırılan texnologiya nəhənglərində çalışmaq bir...

Adanada FACİƏ - Evlilik təklifi üçün havaya qalxan təyyarə qəzaya uğradı - VİDEO

Adanada baş verən təyyarə qəzasının təfərrüatları məlum olub.   Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən Adanada özəl aviasiya şir...

Bu il 100-dən çox şəxs ad və soyadını dəyişdirib

Azərbaycanda ad və soyadı, soyadın sonluğunu dəyişmək mümkündür. 18 yaşına çatdıqdan sonra hər bir Azərbaycan Respublikası vətəndaşı öz adını, ata adını və soya...

Pediatr 9 günlük körpəni pulla alıb

Türkiyənin Kuşadası rayonunda pediatr işləyən həkim, doğuş edən qadının 9 günlük körpəsini pul qarşılığında alaraq evinə aparıb.   Sfera.az xəbər ver...

Müdafiə naziri türkiyəli şəhid ailələri ilə görüşdü

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi g...

Kişilər bu səbəbdən xəyanət edir – ARAŞDIRMA

Son illərdə aparılan psixoloji və sosioloji araşdırmalar nəticəsində kişilərin xəyanət etmə səbəbləri üzə çıxarılıb. Araşdırmalara görə, kişilərin xəyanət etməs...