Kremlin şok planı: Qarabağ Azərbaycana hansı şərtlərlə qaytarılır

Kremlin şok planı: Qarabağ Azərbaycana hansı şərtlərlə qaytarılır
“Moskvanın Bakı və İrəvan üçün planı var”.
 
Bu barədə Rusiyanın “Politrus” saytı yazıb.
 
Saytın məqaləsində iddia olunur ki, Dağlıq Qarabağda hərbi gərginliyin qalmasında ABŞ maraqlıdır: “Çünki Rusiya, İran və Çinin maraq zonasında olan bu bölgənin daim “qaynar” olması ABŞ-ın hegemonluğuna xidmət edir. Lakin hazırki vəziyyətdə müharibənin başladılması problem olaraq qalır. Çünki nə Bakı, nə də İrəvan müharibə istəmir. Azərbaycan öz ərazi bütövlüyünün bərpasını tələb edir. Çünki məcburi köçkün və qaçqınlar Ermənistanın nəzarətində olan öz evlərinə qayıtmaq istəyirlər. Ölkə rəhbərliyi də bu məsələdə qətiyyət göstərir”.
 
Məqalədə bildirilir ki, Rusiya Azərbaycanı Xəzər regionunda, həmçinin Avrasiya İttifaqında öz müttəfiqi olaraq görmək istəyir: “Moskva bunu gizlətmir. İqtisadi nöqteyi-nəzərdən Azərbaycan Avrasiya İttifaqı üçün əlverişlidir. Amma artıq ittifaqda yer alan Ermənistan Azərbaycanın bu birliyə girişini əngəlləyir. Azərbaycan ərazisini nəzarətdə saxlayan bir ölkə ilə eyni ittifaqda yer almağın mümkün olmadığı fikrini irəli çəkir”.
 
Sayt yazır ki, Sergey Lavrovun Bakı səfərinin detalları yayılmasa da, fərz etmək mümkündür ki, Rusiya Qarabağ münaqişəsinin həlli üçün yeni plan təklif edir.
 
“Həm də bu təklif indi yox, Vladimir Putinin I Avropa Oyunlarının açılış mərasimində iştirakı zamanı Bakıya təqdim olunub. Rusiya XİN rəhbəri isə planın detallarını müzakirə etmək üçün Bakıya getdi. Ermənistan prezidenti Serj Sarkisyanın sentyabrın 7-də nəzərdə tutulan Moskva səfərində də münaqişənin həlli üçün təklif olunan yeni plan müzakirə olunacaq. Kreml rəsmi şəkildə iki ölkə arasındakı münasibətlərin müzakirə olunacağını deyir. Lakin İrəvandakı mənbələr əsas müzakirə mövzusunun Qarabağ olduğunu qeyd edir”, - deyə məqalədə vurğulanır.
 
Sayt münaqişənin həlli üçün iki təklifin ola biləcəyini yazıb: “Birincisi, Ermənistan Dağlıq Qarabağdakı qoşunlarını tamamilə çıxarır və ətraf yeddi rayon Azərbaycana qaytarılır. Bakı bunu istəyir, amma İrəvan buna getməyəcək. Hətta üçüncü tərəfin məsələyə qarışması və böyük maliyyə hesabına torpaqların qaytarılması variantı olsa belə bu, mümkünsüz görünür. Çünki Qarabağdakı ermənilər bu torpaqların özlərinki olduğunu düşünürlər. İkinci variant Ermənistanın Laçından başqa digər işğal olunmuş rayonları qaytarması və Qarabağa dəhlizin təmin olunmasıdır. Köçkünlər qayıdacaq, Bakı da ərazidən çıxarılan ermənilərə kompensasiya ödəyəcək. Bu mümkün variant kimi görünür və Azərbaycan tərəfi ermənilərə kompensasiyasını birbaşa deyil, Rusiya vasitəsilə verəcək. Əgər bu variant mümkün olarsa, kompensasiya Rusiya tərəfindən Avrasiya İttifaqı çərçivəsində Ermənistana kredit kimi də verilə bilər”.  //publika.az

OXŞAR XƏBƏRLƏR

"Microsoft"da maaşlar nə qədərdir? - 2025-ci ilin yenilənmiş siyahısı

"Google", "Apple", "Amazon" və "Microsoft" kimi "Big Tech" adlandırılan texnologiya nəhənglərində çalışmaq bir...

Adanada FACİƏ - Evlilik təklifi üçün havaya qalxan təyyarə qəzaya uğradı - VİDEO

Adanada baş verən təyyarə qəzasının təfərrüatları məlum olub.   Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən Adanada özəl aviasiya şir...

Bu il 100-dən çox şəxs ad və soyadını dəyişdirib

Azərbaycanda ad və soyadı, soyadın sonluğunu dəyişmək mümkündür. 18 yaşına çatdıqdan sonra hər bir Azərbaycan Respublikası vətəndaşı öz adını, ata adını və soya...

Pediatr 9 günlük körpəni pulla alıb

Türkiyənin Kuşadası rayonunda pediatr işləyən həkim, doğuş edən qadının 9 günlük körpəsini pul qarşılığında alaraq evinə aparıb.   Sfera.az xəbər ver...

Müdafiə naziri türkiyəli şəhid ailələri ilə görüşdü

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi g...

Kişilər bu səbəbdən xəyanət edir – ARAŞDIRMA

Son illərdə aparılan psixoloji və sosioloji araşdırmalar nəticəsində kişilərin xəyanət etmə səbəbləri üzə çıxarılıb. Araşdırmalara görə, kişilərin xəyanət etməs...