Ağıl dişləri nəyimizə lazımdır? - Döğrudanmı o çıxanda ağlımız artır?
Cəmiyyət
15:47 / 07.09.2015
1759
Bu sualı stomatoloq Ulduz Əzizova belə cavablandırdı: "Ağıl dişləri ağız boşluğunda bütün dişlərdən sonra çıxır. Ağıl dişləri 4 ədəd olub, 18 yaşından 40 yaşına qədər çıxır. Qidanın çeynənilməsində hec bir rolu yoxdur. Əksər vaxtı cürbəcür problemlər yaradır. Çeynəmə bucagında yer kiçik oldugundan ya əyri cıxırlar, ya da öndəki dişlərin köklərini sıxırlar. Həmçinin cürbəcür agrı və fəsadlar verirlər. Çürüməyinin səbəbi də elə budur. Damaqda tam öz yerindən çıxa bilmədiyi üçün, diş ətinin altında qalır və infeksiyalaşma nəticəsində diş ərpinə səbəb olur. Bu da o deməkdir ki, mikroblar üçün əlverişli şərait yaranır."
El arasında belə fikir də var ki, ağıl dişi çıxarandan sonra adam ağıllanır. Bu doğrudurmu?
Ulduz Əzizova bu suala da cavab verdi: "Xeyr, ağıl dişinin ağılla hec bir əlaqəsi yoxdur. Sadəcə 18 yaşından sonra çıxdıgı üçün yəqin ki, bele fikir yaranıb."(atv.az)
Sfera.az