Milli Məclisə "Eynəklər haqqında" qanun layihəsi təqdim olunacaq

Milli Məclisə "Eynəklər haqqında" qanun layihəsi təqdim olunacaq
Milli Məclisin Sosial siyasət komitəsi eynəklərlə bağlı yeni qanun layihəsi hazırlamağa başlayıb.Bu sənədin "Eynəklər haqqında" qanun layihəsi adlandırılması nəzərdə tutulur. Qanun layihəsinin Milli Məclisin növbəti sessiyalarında müzakirələrə təqdim olunması gözlənilir.
 
Qanunun qəbul edilməsində məqsəd insanları həkim məsləhəti olmadan eynək, gözlük və linzalardan istifadə etməkdən çəkindirməkdir. Qeyd olunur ki, eynəklərdən düzgün istifadə etməmə insan üçün növbəti fəsadların yaranmasına səbəb olur.
 
Oftalmoloq-cərrah Azər Kərimov da təklif olunan qanunun bu gün üçün vacib olduğunu hesab edir. O, açıqlamasında eynək, gözlük və linzalardan istifadədən əvvəl həkim məsləhəti almağın mütləq vacib olduğunu qeyd edib: "Azərbaycanda optikalarda cihazlar qoyub, eynəklər təyin edib insanlara verirlər. Bir çox ölkələrdə, misal üçün, elə Türkiyədə optikanın özünün eynək təyin edib insanlara satması qadağandır".
 
A.Kərimov bildirib ki, eynəklər ilk növbədə həkim tərəfindən təyin olunmalıdır və optika da ona uyğun eynəyi verməlidir: "Eynəklərin düzgün seçilməməsi müxtəlif problemlərə, xüsusən də uşaqlarda gözdə çəpliyin yaranmasına səbəb ola bilər".
 
Oftalmoloq ölkəmizdə geniş satılan ucuz qiymətli gün eynəklərinin də insan üçün ziyanlı olduğunu bildirib: "Ucuz qiymətə satılan gün eynəklərinin optik şüşələri tam orqanik olmur, hansısa plastik materiallardan olur. Onların işıq keçiriciliyi fərqli olur. Yəni tam şəffaf olmadığına görə az işıq keçirir və buna görə də fokuslanma prosesində problemlər əmələ gəldiyi üçün insanda başağrısı, başgicəllənməsi yaradır". //Trend

OXŞAR XƏBƏRLƏR

Astara gömrüyündə əməliyyat: 103 kilo narkotik...

Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat - axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində növbəti dəfə külli miqdarda nark...

Boşanmaq istəyən arvadını güllələdi -FOTO

Trabzonda Ali Eren S. arvadının evinə eyvandan girərək onu güllələyərək öldürüb. O, çağırışa gələn mühafizəçini də yaralayıb və hadisə yerindən motosikletlə qaç...

49 yaşlı şəhid atası vəfat etdi - FOTO

  Vətən Müharibəsi şəhidi Ceyhun Gözəlzadənin atası Nazim Gözəlov vəfat edib.   Sfera.az xəbər verir ki, 1976-cı il təvəllüdlü Nazim Göz...

Emin Ağalarov “Qarabağ Azərbaycandır!” deyib Xocavəndə getdi - VİDEO

Məşhur iş adamı və sənətçi Emin Ağalarov Qarabağa səfər edib.   Sfera.az xəbər verir ki, iş adamı Xocavənd rayonunun Tuğ kəndində yerləşən qədim...

Bu gün imtahan var

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən 18, 20, 24, 27, 29, 30, 73 və 75-ci komissiyaya aid abituriyentlər üçün Musiqi ədəbiyyatı fənni üzrə test imtahanı keçi...

Qadın Avstriyanın ən gözəl göllərindən birinə sahib olduğunu öyrənib - FOTOLAR

Sahəsi 14 kvadrat kilometr olan Mondsee (Mondsi) gölü Avstriyada beşinci ən böyük göldür. O, mənzərəli Salzkammergut bölgəsində yerləşir. Hər il milyonlarla tur...