Logo

Neftçinin nəşi Bakıya gətiriləcək

Neftçinin nəşi Bakıya gətiriləcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xəzər dənizinin Türkmənistan sektorunda tapılmış meyitin "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə taxta bənd işçisi vəzifəsində işləmiş Sahib Güloğlan oğlu Şahmarovun meyitidir. Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunur ki, neftçinin nəşi yaxın saatlarda vətənə gətiriləcəkdir.

Daha öncə, Fövqəladə Hallar Nazirliyinin "BE-200ÇS" amfibiya tipli təyyarəsi istintaq qrupu ilə tapılmış meyitin tanınması və respublikaya gətirilməsi məqsədilə Türkmənistana yol düşmüşdür.

19:34

Sfera.az APA-ya istinadən bildirir ki,, 29 yanvar 2016-cı il tarixində Xəzər dənizinin Türkmənistan sahillərində tapılmış meyitin, ilkin olaraq, "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən biri olduğu ehtimal edilir.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, bununla əlaqədar, qurumun "BE-200ÇS" amfibiya tipli təyyarəsi istintaq qrupu ilə birgə cəsədin tanınması və respublikaya gətirilməsi məqsədilə bu gün Türkmənistana yola düşüb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR