Mənzil almaq istəyənlər ekran başına yaxın əyləşsin - VİDEO

Mənzil almaq istəyənlər ekran başına yaxın əyləşsin -  VİDEO

Ekspertlər tövsiyə edirlər ki, vətəndaşlar mənzil alarkən pulu ödəməzdən öncə mənzilin sahəsini ölçsünlər.

"Mənzilin sahəsi 100 kvadratmetrdir"- deyib satırlar, ancaq sonra ölçüb görürsən ki, rəqəm süni şəkildə şişirdilib və real rəqəm 80-90 kvadratmetrdir. Bəzi tikinti şirkətləri bu yolla alıcıları aldadır və nəticədə onların pullarını mənimsəyirlər. Mənzil alarkən aldanmamaq istəyənlər ekran başına yaxın əyləşsinlər...

Yüksəkmərtəbəli binalardan mənzil alarkən vətəndaşların aldadıldığı yeni bir üsul ortaya çıxıb. Söhbət satış zamanı evin sahəsinin faktiki olandan çox göstərilərək insanların pulunun mənimsənilməsindən gedir.

Mütəxəssislər bildirir ki, kvadrat hesabına aldadılma cəhdləri daha çox yeni binalarda müşahidə olunur. Düşünün ki, kvadrat metri 1000 manat olan 100 kvadratmetrlik ev satıblar sizə. Ancaq sonradan məlum olur ki, mənzilin ərazisi 80 kvadratmetrdir. Bu isə o deməkdir ki, sizə qarşı yerindəcə 20 min manatlıq dələduzluq edilib. Ekspertlər bildirirlər ki, qanunvericiliyə görə, evin sahəsi hesablanarkən nə çöl, nə də daxili divarlar hesablanmalıdır.

Mütəxəssislər bildirirlər ki, evin sahəsi hesablanarkən balkon və şüşəbənd kvadraturaya daxil edilsə də, dəyəri mütləq 0,3 əmsal ilə hesablanmalıdır. Məsələn, kvadratı 1000 manat olan 50 kvadratmetrlik mənzilin 10 kvadratmetri balkon ərazisidirsə, onda balkon sahəsinə görə vətəndaş cəmi 3 min manat, ümumilikdə isə 43 min ödəməlidir.

Ekspertlər tövsiyə edirlər ki, vətəndaşlar mənzil alarkən pulu ödəməzdən öncə mənzilin sahəsini ölçsünlər. Pulu ödədikdən sonra bunu aşkar edənlər isə məhkəməyə müraciət etməklə hüquqlarını bərpa edə bilərlər. Bəs tikinti şirkətlərinin bu qanunsuz mənzil hesablama metoduna son qoymaq üçün nə etmək lazımdır? Ekspertlər bu məsələdə yeni cəza mexanizminin yaradılmasını vacib hesab edirlər.


OXŞAR XƏBƏRLƏR

"Microsoft"da maaşlar nə qədərdir? - 2025-ci ilin yenilənmiş siyahısı

"Google", "Apple", "Amazon" və "Microsoft" kimi "Big Tech" adlandırılan texnologiya nəhənglərində çalışmaq bir...

Adanada FACİƏ - Evlilik təklifi üçün havaya qalxan təyyarə qəzaya uğradı - VİDEO

Adanada baş verən təyyarə qəzasının təfərrüatları məlum olub.   Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən Adanada özəl aviasiya şir...

Bu il 100-dən çox şəxs ad və soyadını dəyişdirib

Azərbaycanda ad və soyadı, soyadın sonluğunu dəyişmək mümkündür. 18 yaşına çatdıqdan sonra hər bir Azərbaycan Respublikası vətəndaşı öz adını, ata adını və soya...

Pediatr 9 günlük körpəni pulla alıb

Türkiyənin Kuşadası rayonunda pediatr işləyən həkim, doğuş edən qadının 9 günlük körpəsini pul qarşılığında alaraq evinə aparıb.   Sfera.az xəbər ver...

Müdafiə naziri türkiyəli şəhid ailələri ilə görüşdü

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi g...

Kişilər bu səbəbdən xəyanət edir – ARAŞDIRMA

Son illərdə aparılan psixoloji və sosioloji araşdırmalar nəticəsində kişilərin xəyanət etmə səbəbləri üzə çıxarılıb. Araşdırmalara görə, kişilərin xəyanət etməs...