Dünya çempionatında biabırçılıq – himni səhv saldılar – VİDEO

Dünya çempionatında biabırçılıq – himni səhv saldılar –  VİDEO
ABŞ-ın Las Veqas şəhərində keçirilən güləş üzrə dünya çempionatında biabırçı hadisə baş verib.
 
Yarışın təşkilatçıları Rusiya himnini səhv salıblar. 75 kq-da çempion olan rusiyalı yunan-Roma güləşçi Roman Vlasovun mükafatlandırma mərasimində Rusiyanın əvvəlki himni səsləndirilib. Vlasov əl hərəkətləriylə etirazını bildirdikdən sonra təşkilatçılar səhvi başa düşüb.
 
Zala toplaşanlar isə təşkilatçıların səriştəsizliyini fitə basıb. Bir neçə dəqiqədən sonra müasir himn səslənib. //publika.az

OXŞAR XƏBƏRLƏR