Türkiyə qoşun yeritdi - Savaş başladı

Türkiyə qoşun yeritdi -  Savaş başladı

Sentyabrın 8-də Türkiyə quru qoşunları İraqın şimal hissəsi ilə sərhədi keçib. 2011-ci ildən bəri ilk dəfə olaraq Türkiyə quru qoşunları İraqa daxil olur. Məqsəd son bir neçə gündə 31 türk polisini qətlə yetirmiş kürd yaraqlılarını təqib etməkdir.
Sfera.az “Qafqazinfo” ya istinadən xəbər verir ki, rəsmi «Anadolu» agentliyinin məlumatına görə, 150 türk əsgəri İraqın şimalına daxil olur. Onlar Türkiyədəki hücumlardan sonra qaçmış PKK yaraqlılarını məhv etməyi hədəfləyir.

Bu addım ABŞ-ın regionda «İslam Dövləti» silahlı qruplaşmasına qarşı mübarizə işiylə ziddiyyət təşkil edir. Belə ki, indi Türkiyə Suriya və İraqda İD-nin ələ keçirdiyi torpaqları geri qaytarmağa çalışan döyüşçüləri hədəfə alıb.

Türkiyə rəsmiləri İraqın şimalındakı əməliyyat üçün konkret vaxt göstərməyib. Ancaq bir rəsmi əməliyyatın «qısamüddətli» olduğunu bildirir. Türkiyə qırıcıları silahlıların düşərgələrinə daha çox zərbələr endiriblər.
Son günlər Türkiyədə hökumət qüvvələri ilə kürd silahlılar arasında gərginlik artıb. PKK hücumları nəticəsində sentyabrın 6-dan bəri azı 31 türk hərbçisi və polis qətlə yetirilib.

Türkiyə iyulda ABŞ-ın İD-ə qarşı koalisiyasına qoşulub. ABŞ təyyarələri və pilotsuz qurğularının Türkiyə hava bazalarından istifadəsinə icazə verilib.

Ancaq Türkiyə daha çox PKK ilə savaşa fokuslanıb. Prezident Recep Tayyip Ərdoğan deyib ki, İD Türkiyə üçün PKK-dan daha az təhlükə törədir.

Türkiyənin PKK-ya qarşı quru və hava hücumları isə Birləşmiş Ştatlar və müttəfiqləri üçün çətin durum yaradır. Belə ki, kürdlər Suriya və İraqın şimalında İD-ə qarşı vuruşan əsas qüvvədir.

Türkiyədə kürdpərəst partiyadan Nazmi Gur deyir ki, Türkiyənin quru müdaxiləsi İraqın şimalının və Suriyanın İD-dən azad olunması səylərini əngəlləyəcək: «Türkiyə istəsəydi də, «Daesh»ə (İŞİD-in slenq adı) bundan artıq kömək edə bilməzdi».

Birləşmiş Ştatlar Türkiyə hökuməti və PKK-nı danışıqlar masasına qayıtmağa çağırıb.
«Türkiyə və PKK-nın sülhə nail olmaq prosesinə qayıtması vacibdir», - Ağ Evin sözçüsü Josh Earnest deyib.
Tənqidçilər Ərdoğan-ı seçkini qazanmaq məqsədilə kürdlərlə savaşı qızışdırmaqda ittiham edirlər. 2013-cü ildə kürdlərlə atəşkəs əldə olunmuşdu.

Belə ki, prezidentin millətçilərin səsini qazanmaq istədiyi iddia olunur. İyunda keçirilən seçkilərdə kürdpərəst HDP-nin parlamentə keçməsi ilə hakim AKP çoxluğu itirdi. Türkiyədə noyabrın 1-də təkrar seçki keçiriləcək. Ərdoğan ittihamları rədd edir.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

"Yaxınlarda sülh sazişi ilə bağlı yaxşı xəbər ola bilər" - Mirzoyan

Yaxın vaxtlarda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı yaxşı xəbər ola bilər.   Sfera.az Teleqraf-a istinadən xəb...

Alça bu insanlara qəti QADAĞANDIR – ARAŞDIRMA

Turş dadı və bol C vitamini ilə tanınan bu meyvə bəzi insanlar üçün təhlükə mənbəyi ola bilər. Söhbət mövsümü meyvə olan alçadan gedir.    Mütəxəs...

Yeni “iPhone"larda güclü RAM-lar quraşdırılacaq - “Apple”dən mühüm dəyişiklik

“Apple” yeni “iPhone 17 Pro” və “Pro Max” modellərində səmərəliliyi artırmaq üçün mühüm bir yeniliyə imza atıb. Şirkət bu mo...

"Putinin “kölgə donanması”nı məhv edəcəyik" - Kir Starmer

Neft və qaz ixracına dair mövcud sanksiyalardan yayınmaq üçün istifadə edilən Rusiya neft tankerlərinin donanmasına yeni məhdudiyyətlər tətbiq ediləcək. &nbs...

Sabah 31 dərəcə isti olacaq – PROQNOZ

Mayın 10-a gözlənilən hava proqnozu açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımada...

Hindistan Azərbaycanı boykot etdi - Nələr yaşanacaq?

Xəbər verdiyimiz kimi, Azərbaycan Pakistanı dəstəklədiyi üçün Hindistanda ölkəmizə qarşı boykot elan edilib. Hindli rəsmilər Azərbaycana səfər etməməyi və Azərb...