Böyük Vətən müharibəsində itkin düşmüş azərbaycanlı pilotun qalıqları tapılıb - FOTOLAR

Böyük Vətən müharibəsində itkin düşmüş azərbaycanlı pilotun qalıqları tapılıb -  FOTOLAR
Rusiyanın Smolensk vilayəti ərazisində içərisində azərbaycanlı pilotun qalıqlarının olduğu hərbi təyyarənin parçaları tapılıb.

Bu barədə APA-ya Krımın Azərbaycanlı İcmasının sədri Rəhim Hümbətov məlumat verib. Axtarış qrupu həmin pilotun 1920-ci ildə Azərbaycanda doğulmuş İsrafilov Əziz Abdul oğlu olduğunu müəyyənləşdirib. O, 27-ci aviasiya alayında pilot kimi xidmət edib. 13 avqust 1943-cü ildə hərbi tapşırıq məqsədilə uçuş həyata keçirib və itkin düşüb. Krım Azərbaycanlıları İcmasından onun atasının vaxtilə Bakıda indiki Əlimərdan Topçubaşov küçəsində yaşadığını bildiriblər. Diaspor təşkilatı Ə. İsrafilovun qohumlarının pilot haqqında daha ətraflı məlumat vermək üçün müraciət etmələri üçün çağırış edib. 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

"Sülh sazişi imzalamağa hazırıq" - Ermənistan XİN

Ermənistan sülh sazişini imzalamağa hazır olduğunu bəyan edib.    Sfera.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan b...

Prezident və xanımı Şuşada...

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak ediblər.   ...

Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməli qoyuldu

Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməlqoyma mə...

“Teleqram”da YENİLİK - İstifadəçilər bunu eyni zamanda edə biləcəklər

“Telegram” ikinci böyük yeniləməsini təqdim edib.   Sfera.az xəbər verir ki, bu dəfə platforma həm texniki funksionallığı, həm də is...

Prezident və Mehriban Əliyeva Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışını etdilər

Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında iştirak ediblər. ...

İlham Əliyev və xanımı Daşaltı məscidinin açılışında iştirak etdilər

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak ediblər.   ...