Logo

Məşhur azərbaycanlı öz dizayn etdiyi maşında - FOTO

Məşhur azərbaycanlı öz dizayn etdiyi maşında - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qısa zamanda məşhurlaşan azərbaycanlı dizayner Samir Sadıxovdan xəbər var.

Sfera.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, Samir ilk dəfə ABŞ-ın tanınmış avtomobil şirkəti “Rezvani Motors”un özünün dizaynı əsasında hazırladığı maşına əyləşib. Dizayner həmin modeldə oturaraq çəkdirdiyi fotonu paylaşaraq bu şərhi verib:

“Nəhayət ki... İnsanın öz dizaynı əsasında hazırlanmış maşını sürmək inanılmaz bir hissdir. Xəyallar gerçəkləşir... ”
Xatırladaq ki, 25 yaşlı Samir Sadıxovun dizayn etdiyi “Beast” modeli iyunun 15-dən satışa çıxarılıb.

Bu avtomobil saatda 100 kilometri 2.8 saniyəyə yığır. 500 at gücündə olan avtomobilin çəkisi 750 kiloqramdır.

Dizayner 1990-cı il iyulun 20-də Gəncə şəhərində anadan olub. O, “Lamborghini” avtomobil şirkətində dizayner kimi çalışıb, İtaliyanın Avropa Dizayn İnstitutunda təhsil alıb. “Xəzri” adı ilə dizayn etdiyi avtomobil “Ferrari 2011” Beynəlxalq Dizayn Müsabiqəsində ikinci yeri tutub.Məşhur azərbaycanlı öz dizayn etdiyi maşında - FOTOMəşhur azərbaycanlı öz dizayn etdiyi maşında - FOTOMəşhur azərbaycanlı öz dizayn etdiyi maşında - FOTOMəşhur azərbaycanlı öz dizayn etdiyi maşında - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR