Logo

Putindən dollar və avroya qarşı sensasion addım - Yeni pul vahidinin adı türkcədir..

Putindən dollar və avroya qarşı sensasion addım - Yeni pul vahidinin adı türkcədir..
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya prezidenti Vladimir Putin  keçmiş Sovet İttifaqı ölkələri arasında istifadə ediləcək  yeni  pul vahidi yaradılmasını təklif edib. Bu pulun adı türkcə  "Altın"  (Qızıl) olacaq.

Sfera.az avropa.info-a istinadən xəbər verir ki,  Rusiya prezidenti Vladimir Putin Dumaya  göndərdiyi bir qanun layihəsi ilə  Avrasiya İqtisadi Birliyində  ortaq pul vahidi yaradılmasını təklif edib.

Yeni  pul vahidinin adının  "Altın" seçilməsi  isə müəyyən suallara səbəb olub. Belə ki, müasir Rusiyanın yerləşdiyi coğrafiyada  15-ci əsrdə monqol-tatarların   Qızıl Orda  Dövləti mövcud olub ki, adı çəkilən dövlət  400 il ərzində  "Altın " adlı pul vahidindən istifadə edib. Lakin  həmin dövlətin pul vahidi sözün həqiqi mənasında qızıl idi. Rusiyanın və onun Avrasiya İttifaqındakı müttəfiqlərinin sözün həqiqi mənasında pul vahidi kimi qızıldan istəfadə edə biləcəkləri ağlabatan görünmür.

Layihə  Dumadan keçərsə  avro və dollara rəqib olaraq Avrasiya məkanında yeganə pul vahidi olan bir "Altın" zonası  yaratmaq planlaşdırılır.

Avrasiya İqtisadi Birliyi Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstanı əhatə edir. "Altın"ın 2020-ci ilə  qədər  dövriyyəyə buraxılması planlaşdırılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR