Toğrul Əsgərov erməniyə qalib gəldi - VİDEO

Toğrul Əsgərov erməniyə qalib gəldi -  VİDEO

Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə dünya çempionatı davam edir.

Sfera.az-ın Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, dördüncü yarış günündə 55, 58, 63 və 75 kq çəki dərəcəsində qadın, 65 kq çəkidə sərbəst güləşçilər yarışır. 

Azərbaycan güləşçiləri 4 çəki dərəcəsində mübarizə aparır. Natalya Sinişin, Yuliya Ratkeviç və Nadya Muşka Sementsova, kişilərdən isə Toğrul Əsgərov yarışıb.   

Qeyd edək ki, bu günə qədər yunan-Roma güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq), Saman Təhmasibi (85 kq) və Sabah Şəriəti (130 kq), qadın güləşçilərdən Mariya Stadnik (48 kq) və Anjela Doroqan (53 kq) Olimpiya Oyunlarına vəsiqə əldə edib. Rəsul Çunayev (71 kq) qızıl, Rövşən Bayramov (59 kq) gümüş, Saman Təhmasibi (85 kq) bürünc medala yiyələnib. 

Qadın güləşçilər

55 kq

Bu çəki dərəcəsində ölkəmizi təmsil edən Natalya Sinişin mübarizəyə 1/8 finaldan qoşulub. O, ilk görüşündə çinli Qianyu Panqla üz-üzə gəlib və rəqibinə 0:10 hesabı ilə uduzub.

58 kq

Dünya və Avropa çempionumuz Yuliya Ratkeviç 1/16 finalda Rusiya idmançısı Natalya Qoltsa 4:0 hesabı ilə qalib gələrək 1/8 finala adlayıb. Burada ukraynalı Tetyana Lavrençuka 6:0 qalib gələn Ratkeviç 1/4 finala adını yazdırıb. Bu mərhələdə Qazaxıstan güləşçisi Ayim Abdildinanı 7:5 hesabı ilə məğlub edən təmsilçimiz yarımfinala adlamaqla yanaşı, Rio-de Janeyro Olimpiyadasına vəsiqəni təmin edib. O, finala gedən yolda finlandiyalı Petra Maaritlə güləşib. Rəqibinə 6:8 hesabı ilə uduzan Ratkeviç bürünc medal uğrunda isveçli Malin Yohanna Mattssonla yarışacaq. 

63 kq

Yığmamızın digər üzvü Nadya Muşka Sementsova 1/16 finalda hindistanlı Anita Anita ilə münasibətlərinə aydınlıq gətirib. Lakin güləşçimiz ilk görüşündə rəqibinə 1:9 hesabı ilə uduzub.

Sərbəst güləş, 65 kq

Avropa oyunlarının qalibi Toğrul Əsgərov mübarizəyə 1/32 finaldan qoşulub. İlk görüşündə qazaxıstanlı Sayatbek Okassova 7:2 hesabı ilə qalib gələn Toğrul 1/16 finalda erməni Devid Safaryanla üz-üzə gəlib. Rəqibi üzərində 8:2 hesablı qələbə qazanan Əsgərov 1/8 finala yüksəlib. O, bu mərhələdə gürcüstanlı Avtandil Kençadzedən üstün olub - 9:2. Lakin 1/4 finalda italiyalı Frank Çamizo Markezlə qarşılaşan Olimpiya çempionumuz rəqibinə 5:10 hesabı ilə uduzub. İtaliya idmançısı finala qədər irəlilədiyi üçün Toğrul Əsgərov təsəlliverici yarışa qatılıb. Onun rəqibi Polşa idmançısı Maqomedmurad Qadjiyev olacaq.

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsi tibb dünyasını təəccübləndirib

Quduzluq simptomlar göründükdən sonra demək olar ki, ölümlə nəticələnən xəstəlik kimi tanınır. Ancaq bu qaydanı pozan Jeanna Giese adlı qadın olub.   G...

Milad hədiyyəsi: 75 ildən sonra bioloji qardaş və bacısını tapdı

Buffalo, Nyu-York (ABŞ) şəhərindən olan 75 yaşlı Dikson Handshaw bütün həyatı boyu özünü yeganə uşaq hesab edib. Amma bu yay onun həyatı tamamilə dəyişib, çünki...

Çovğun, qar, qasırğa: Balkanlarda qar fırtınası səbəbindən 100 min ev işıqsız qalıb - FOTOLAR

24 dekabr 2024-cü ildə Bosniya və Herseqovinanı qar fırtınası bürüyüb. Teslica kəndinin dağlıq ərazisini örtən bir metr uzunluğunda qar uçqunu vurmaq üçün xüsus...

Avtobusda sprey qutusu ilə pivə şüşəsini açdı: 13 nəfər yaralandı

Almaniyada Volfsburqdan olan 22 yaşlı gənc avtobusda böcək əleyhinə spreydən istifadə edərək bir şüşə pivə açmağa çalışıb. Hadisə faciə ilə nəticələnib. Sfer...

Musiqi iş yerində məhsuldarlığı artırır - Alimlərdən yeni TƏDQİQAT

Beynəlxalq tədqiqatçılar qrupu iş zamanı musiqi dinləyərkən insanın fərdi xüsusiyyətlərinin onun məhsuldarlığına necə təsir etdiyini müəyyən edib. Sfera.az x...

İstanbuldan Moskvaya uçan təyyarə geri qayıtdı - Nə baş verir?

Türk Hava Yollarının (THY) TK415 nömrəli İstanbul-Moskva (Vnukovo) reysi naməlum səbəbdən Polşa hava məkanı üzərindən geri dönərək İstanbula qayıdıb.   ...