Logo

Dünya çempionatında Toğrul Əsgərova haqsızlıq - VİDEO

Dünya çempionatında Toğrul Əsgərova haqsızlıq - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ-ın Las Veqas şəhərində keçirilən dünya çempionatında Azərbaycan sərbəst güləşçisi Toğrul Əsgərova haqsızlıq edilib.

Sfera.az sportnet.az-a istinadən xəbər verir ki, 65 kq çəki dərəcəsində italiyalı Frank Çamizo Markeslə 1/4 final görüşündə hakimlər olimpiya çempionu və "Bakı 2015" I Avropa Oyunlarının qalibi olmuş Toğrulun təmiz qələbəsini qeydə almayıb.

Artıq 30-cu saniyədən rəqibini yerə sərən Əsgərov onun kürəyini döşəyə sıxmağa müvəffəq olsa da, referi ona təmiz qələbə verməyə tələsməyib. Nəticədə Markes vəziyyətdən çıxıb. Amma hakimlər Əsgərova saxlama fəndinə görə də xal verməyiblər. Yekunda güləşçimiz 5:10 hesabı ilə uduzub. Millimizin böyük məşqçisi Firdovsi Umudov isə hakimlərə kəskin etiraz edib. Amma nəticə dəyişməyib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR