Logo

"Sədaqəti Türkiyəyə bacısı göndərib" - Rafael Dadaşov

"Sədaqəti Türkiyəyə bacısı göndərib" - Rafael Dadaşov
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xalq artisti Rafael Dadaşov keçmiş həyat yoldaşı, Brilliant Dadaşovanın bacısı, aktrisa Sədaqət

Dadaşova Türkiyənin “Fox” telekanalında yayımlanan “Zuhal Topalla İzdivac” proqramına

qatılmasına münasibət bildirib.

Sfera.az musavat.com-a istinadən məlumatına görə, xalq artisti məsələ ilə bağlı danışmaq

istəmədiyini deyib: "O boyda tanınmış Brilliant bacısı var, ona zəng edin. Məndən niyə soruşursunuz? Mən Sədaqətin

əmisi oğluyam, evlilik proqramına qatılması barədə niyə danışmalıyam? Bu barədə bacısı danışsın.

Onu Türkiyəyə bacısı göndərib”.Xatırladaq ki, Oqtay adlı kişi üçün proqrama qonaq olan 64 yaşlı Sədaqət Dadaşova müraciət etdiyi

bəy barədə fikirlərini bölüşüb: “Gördüm ki, yaxşı və kübar adamdır. Bəyəndiyim üçün proqrama qatılmağa qərar verdim. Oqtay

bəyin anası ilə yaşadığını bilirəm. Razılaşsaq, İstanbulda onlarla yaşaya bilərəm”. S. Dadaşovanın evlilik proqramında iştirak etməsi isə sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

İnsanlar aktrisanı 64 yaşında atdığı addıma görə tənqid ediblər. Sənətçinin qızı Səidə Dadaşova

saytımıza açıqlamasında anasının işlərinə qarışmadığını bildirib: "Anamın evlilik proqramına qatılmasından xəbərim yoxdur. Həm də ki, o, mənim anamdır,

mənə məsləhət verəndir. Mən valideynlərimə məsləhət verən deyiləm, onların işinə qarışmıram". Qeyd edək ki, S. Dadaşova “Bizim küçənin oğlanları” ( 1973), “Ömrün səhifələri” (1974),

“Çarvadarların izi ilə (f 1974), “Yaşıl eynəkli adam” (1987), “Yeddi oğuldan biri” ( 2007) filmlərində rol alıb.

Sədaqət-Rafael cütlüyünün Səidə, Leyla və Ayxan adlı üç övladı var.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR