Bağlanan universitetin tələbələrinin qarşısına şərt qoydular

Bağlanan universitetin tələbələrinin qarşısına şərt qoydular
Bakı Asiya Universiteti bağlandıqdan sonra diqqət mərkəzində olan əsas məsələ həmin təhsil ocağının tələbələrinin hansı ali məktəblərə yerləşdiriləcəyidir. Təhsil Nazirliyi açıqlama vermişdi ki, sentyabrın 10-a kimi tələbələr universitetlərə yerləşdiriləcək.
 
Nazirlik həmin universitetlərin hansılar olsuğunu açıqlamasa da, Modern.az-a daxil olan məlumata görə, Bakı Asiya Universitetinin tələbələrinin əksəriyyəti Təfəkkür Universitetinə köçürülüb. Tələblər Təfəkkür Universitetinə gəlsələr də, burada başqa bir problemlə rastlaşıblar. Belə ki, “Təfəkkür”də tələblərə bildirilib ki, Bakı Asiya Universitetində hər il ödədikləri təhsil haqqında çox pul verəcəklər. 
Tələbə valideynlərinin bildirdiyinə görə, əgər övladları Bakı Asiya Universitetində 2200 manat təhsil haqqı ödəyirdisə, Təfəkkür Universitetində onlardan 2800 manat istənilib. Halbuki, keçən il həmin ixtisaslar üzrə Təfəkkür Universitetində təhsil haqqı 2400 manat göstərilib. Valideynlər övldlarının 1-ci kurs tələbələri olmadığını, ikinci və ya üçüncü kursda oxuduqlarını bildiriblər.
 
Bu da son deyil. Təfəkkür Universitetində köçürmə yolu ilə gələn tələbələrə hədə-qorxu gəlinib ki, sadalanan şərtlərlə razılaşmasalar, həm təhsildən kənarda qalacaq, həm də diplom ala bilməyəcəklər.
 
Modern.az saytı məsələ ilə bağlı Təfəkkür Universiteti ilə əlaqə saxlayıb. Təhsil ocağından Bakı Asiya Universitetinin tələbələrinin bir qisminin onlara göndərildiyi təsdiqlənib. Amma digər suallarımıza cavab vermək istəməyiblər.
 
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən isə bildirilib ki, 2015-2016-cı tədris ili üçün Bakı Asiya Universitetinə tələbə qəbulu üçün qəbul planı ayrılmayıb. 
 
Qeyd edək ki, Bakı Asiya Universiteti Təhsil Nazirliyinə müraciət edərək, universitetin fəaliyyətinin müvəqqəti dayandırılması barədə bu ali məktəbin Elmi Şurasında qərarın qəbul edildiyini bildirib və hal-hazırda təhsil alan tələbələrin digər ali təhsil müəssisələrində yerləşdirilməsini xahiş edib. Təhsil Nazirliyi tərəfindən universitetin xahişi təmin olunub və 8 ixtisas üzrə təhsil alan 270 tələbənin digər universitetlərdə təhsillərinin davam etdirilməsinə razılıq verilib.
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsi tibb dünyasını təəccübləndirib

Quduzluq simptomlar göründükdən sonra demək olar ki, ölümlə nəticələnən xəstəlik kimi tanınır. Ancaq bu qaydanı pozan Jeanna Giese adlı qadın olub.   G...

Milad hədiyyəsi: 75 ildən sonra bioloji qardaş və bacısını tapdı

Buffalo, Nyu-York (ABŞ) şəhərindən olan 75 yaşlı Dikson Handshaw bütün həyatı boyu özünü yeganə uşaq hesab edib. Amma bu yay onun həyatı tamamilə dəyişib, çünki...

Çovğun, qar, qasırğa: Balkanlarda qar fırtınası səbəbindən 100 min ev işıqsız qalıb - FOTOLAR

24 dekabr 2024-cü ildə Bosniya və Herseqovinanı qar fırtınası bürüyüb. Teslica kəndinin dağlıq ərazisini örtən bir metr uzunluğunda qar uçqunu vurmaq üçün xüsus...

Avtobusda sprey qutusu ilə pivə şüşəsini açdı: 13 nəfər yaralandı

Almaniyada Volfsburqdan olan 22 yaşlı gənc avtobusda böcək əleyhinə spreydən istifadə edərək bir şüşə pivə açmağa çalışıb. Hadisə faciə ilə nəticələnib. Sfer...

Musiqi iş yerində məhsuldarlığı artırır - Alimlərdən yeni TƏDQİQAT

Beynəlxalq tədqiqatçılar qrupu iş zamanı musiqi dinləyərkən insanın fərdi xüsusiyyətlərinin onun məhsuldarlığına necə təsir etdiyini müəyyən edib. Sfera.az x...

İstanbuldan Moskvaya uçan təyyarə geri qayıtdı - Nə baş verir?

Türk Hava Yollarının (THY) TK415 nömrəli İstanbul-Moskva (Vnukovo) reysi naməlum səbəbdən Polşa hava məkanı üzərindən geri dönərək İstanbula qayıdıb.   ...