Logo

Şok! Kutsiyə 51 il həbs cəzası

Şok! Kutsiyə 51 il həbs cəzası
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İstanbul Respublika Prokurorluğu tərəfindən saxta sənəd düzəlişləri edən qrupla bağlı aparılan istintaq çərçivəsində iddianamə hazırlanəb. Prokurorluq tərəfindən hazırlanan 55 səhifəlik iddianamədə, məşhurların psixiatristi olaraq bilinən təqaüdçü Həkim Polkovnik Haşmet İşıklı qrup lideri olaraq yer alıb. İddianamədə, Haşmet İşıklı  xəstəxanasında müalicə gördüyünə və diaqnoz qoyulduğuna dair rəsmi sənədlər verdiyi insanlardan rüşvət aldığı və bu işlər üçün görüşdüyü kəsləri Etilerdəki xüsusi ofisində qəbul etdiyi ifadə edildi. İddianamədə müğənni Kutsi də şübhəlilər arasındadır. Müğənni Kutsinin də əsgərə getməmək üçün, 3 dəfə gecikdirmə sənədi aldığı bildirilib. İddianamədə, Kutsiyə verilən sənədlərin 2006, 2007 və 2009-ci illərində şübhəli Haşmet İşıklının verdiyi qeyd edildi. İddianamədə Kutsi ilə İşıklının telefon zənglərinin də təsbit edildiyi  yazılıb. İddianamədə 3 dəfə rüşvət və rəsmi sənəddə saxtaçılıq   edən müğənni Kutsinin 18 ildən 51 ilə qədər həbsi istənilib.

Aysel

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR