Bu müəllimlərin maaşı artırılacaq - SİYAHI

Bu müəllimlərin maaşı artırılacaq -  SİYAHI

Müəllimlərin maaşı artırılacaq

Növbəti ildə respublikanın daha 12 şəhər və rayonunda - Gəncə, Sumqayıt, Şirvan, Abşeron, Hacıqabul, İmişli, Masallı, Xaçmaz, Cəlilabad, Saatlı, Qubadlı və Sabirabadda dövlət ümumtəhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin həyata keçirilməsi nəzərdə tutulub.

 
Maliyyə Nazirliyindən verilən məlumata görə, ümumtəhsil müəssisələrində çalışan müəllimlərin maddi rifahını yaxşılaşdırmaq məqsədilə Azərbaycan Prezidentinin “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” 2015-ci il 16 yanvar tarixli 994 nömrəli sərəncamına əsasən dövlət ümumtəhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları isə orta hesabla 2 dəfə artırılıb. Bu işin tətbiqinə Bakı şəhərində başlanılıb.
 
Növbəti ildə respublikanın daha 12 şəhər və rayonunun dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin həyata keçirilməsi nəzərdə tutulub. Həmin artımların maliyyə təminatı 2016-cı il dövlət büdcəsi layihəsində öz əksini tapıb.

OXŞAR XƏBƏRLƏR

Ruben Vardanyanın məhkəməsi başlayır - Baş Prokurorluq

Terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, Azərbaycan və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və digər çoxsaylı cinayət...

Şagirdlərin yerdəyişməsi müvəqqəti DAYANDIRILIR

2024/2025-ci tədris ilinin birinci yarımilinin yekunlaşması ilə əlaqədar olaraq gələn ilin 6 yanvar, saat 15:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi m...

Putin İlham Əliyevdən ÜZR İSTƏDİ - YENİLƏNİB

Rusiya Prezidenti Vladimir Putin dekabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Prezid...

Qış aylarında kondisionerdən istifadə edənlərin NƏZƏRİNƏ!

Qış aylarında kondisionerdən istifadə evlərin və ofislərin isinməsi üçün əlverişli bir seçim olsa da, düzgün istifadə edilmədikdə bir sıra sağlamlıq və ekoloji ...

Gələn il üçün maaş, müavinət və təqaüdlərə nə qədər pul ayrılacaq? - AÇIQLAMA

2025-ci ilin dövlət büdcəsini təsdiq edilib. 2025-ci il büdcə gəlirlərinin 38 milyard 356 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,4 % ço...

XİN 2024-cü ilin yekunlarına dair HESABAT YAYDI

Azərbaycanın Xarici İşlər Nazirliyi 2024-cü ilin yekunlarına dair hesabat yayıb.   Sfera.az xəbər verir ki, hesabata görə, 2024-cü il ərzində beynəlx...