Azərbaycanlı gənclərdən mükəmməl ixtiralar - "Ağıllı əl"
Elçin Abbasovun barəsində danışdığı mühərrik formaları türkiyəli alim Yalçın Bozduman tərəfindən yaradılıb.
Bu masanın üzərində elektromaqnit sahəsi hesabına çalışan mühərrik, reaktiv və buxar, digər vasitələrlə işə düşən kiçik mühərrik formaları ayrı-ayrılıqda termodinamika qanunlarına uyğun çalışır. Emalatxanada diqqət çəkən texnoloji nailiyyətlər bununla bitmir.
Əsasən tədris məqsədi ilə yaradılan İnjektor sistemli mühərrik modeli, mühərrik sisteminin necə çalışmasını aydın göstərir. Bütün bunlar Elçin Abbasovun emalatxanasında hazırlanan texnoloji qurğuların yalnız bir hissəsidir. Robototexnika sahəsi ilə ciddi maraqlanan Elmarla Müşviq, Elçin Abbasovun məsləhətlərindən bəhrələnərək "ağıllı əl" rolunu oynayan robot hazırlayıb.
Yaddaş moduluna malik robot II Respublika robot proqramlaşdırma müsabiqəsində birinci yerə layiq görülüb. Bu qara su qabının hesabına isə təxminən 2 volta yaxın elektrik enerjisinin əldə olunması mümkündür. Qurğunun bütün incəliklərini açıqlamayan Elçin Abbasov deyir ki, isti və soyuq suların yaratdığı temperatur fərqi buna imkan yaradır.
Əsas məqsədim gənclərdə radio modelizm, elektronika və robototexnika kimi sahələrə marağın artmasına təşəbbüs göstərməkdir deyən layihəçi-konstruktor, bunun üçün şəxsi emlatxanasında lazımi şərait də yaradıb. //atv






