Smartfonlar öz sahibini tanıyacaq
Kateqoriya məlum deyil
"Google" şirkəti sifətin tanınması texnologiyası üzrə ixtisaslaşmış "Movidius" startapı ilə
saziş imzalayıb. Texnologiya şirkətlərinin əməkdaşlığı smartfonlarda sifətin tanınması
funksiyasının tətbiqinə hesablanıb.
Milli.Az ICTnews-a istinadən bildirir ki, biometrik eyniləşdirmə trendinə əsasən, "Google"
real vaxt rejimində sifətin tanınması funksiyasına malik smartfonlar istehsal etməyi planlaşdırır.
Bu seçim ənənəvi parol və PİIN kodlara əvəzetmə kimi istifadə edilə bilər. İstifadəçi, sadəcə,
öz sifətinin şəklini çəkməklə ödənişin edilməsini təsdiq edə biləcək.






