Logo

Azərbaycanda polis zabiti qəzada öldü

Azərbaycanda polis zabiti qəzada öldü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sabirabadda polis mayoru avtomobil qəzasında ölüb.

Sfera.az  APA-ya istinadən məlumatına görə, hadisə Sabirabad rayonunun Qaratəpə kəndi ərazisində baş verib.

Siyəzən polis şöbəsinin istintaq bölməsinin rəisi, 1961-ci il təvəllüdlü Məmiyev Əlibaxış Məhəmməd oğlu özünə məxsus avtomobillə qəzaya düşüb. Ə.Məmiyevin avtomobilin aşması nəticəsində hadisə yerində öldüyü bildirilir.

Faktla bağlı Sabirabad rayon prokurorluğunda araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR