Azərbaycanda 4 milyon manatlıq villaların satışı başladı
Kateqoriya məlum deyil
Binə qəsəbəsində tikilən “Dreamland” (Xəyal adası) yaşayış kompleksində evlərin qiyməti 240-400 min manat, villaların qiyməti isə 700 min - 4 mln. manat ətrafında dəyişir.
Sfera.az "Marja"ya istinadən məlumatına görə, bu barədə jurnalistlərin “Dreamland” yaşayış kompleksinə media-turu zamanı bildirilib. Çıxış edənlər qeyd ediblər ki, villaların qiyməti onun modelindən və dizaynından asılı olaraq dəyişir.
Jurnalistlərə kompleks barəsində geniş məlumat verilib. Bildirilib ki, yaşayış kompleksində 234 sayda elit apartament və villalar inşa edilməkdədir. Həmçinin ərazidə böyük qolf klub yerləşir.
Qeyd edək ki, “Dreamland” yaşayış kompleksi “Azersun Holding”ə bağlı olan bir layihədir.






