Vanqadan şok proqnoz: “Müsəlmanlar...”
Məşhur kahin Vanqanın proqnozları daim böyük maraq doğurub.
Sfera.az bildirir ki, əsil adı Vanqeliya Pandeva olan Vanqa 16 yaşında şiddətli fırtına və ildırım vurması nəticəsində görmə qabiliyyətini itirib. Bu tarixdən etibarən isə Vanqa özündə gələcəyi görmə duyğusunun yarandığını hiss etməyə başlayıb.
Ömrünün böyük hissəsini Bolqarıstanda keçirən Vanqa bolqar hökuməti tərəfindən nəzarətə götürülüb və onun verdiyi bütün proqnozlar dövlət tərəfindən kağıza köçürülüb.
Axar.az Vanqanın 2015-ci ildən sonrakı dövr üçün proqnozlarını təqdim edir.
2015
Dünyada başlayan müharibə üzündən Şimal yarımkürəsində yaranan radioaktiv qalıqlar heyvan və bitkilərin yox olmasına səbəb olacaq. Nüvə döyüşündən sağ çıxan avropalılar isə müsəlmanlar tərəfindən başladılacaq kimyəvi hücumla qarşı-qarşıya qalacaq.
2018
Dünyada yeni super güc Çin olacaq.
2023
Yer kürəsinin orbitində müəyyən dəyişiklik yaşanacaq.
2026
Avropa əhalisi tükənmə nöqtəsinə gələcək.
2028
Yeni bir enerji növü inkişaf etdiriləcək. Yavaş-yavaş aclığın qarşısı alınacaq. İçində insan olan bir kosmos gəmisi Veneraya göndəriləcək.
2033
Qütbdəki buzlaqlar əridikcə Yer kürəsində suyun səviyyəsi artacaq.
2043
Müsəlmanlar Avropanın hakimi olacaq.
2046
Bütün bədən orqanları çıxarılaraq yenidən bərpa ediləcək. Xəstə orqanın yerinə yenisinin qoyulması ən çox istifadə edilən və ən sadə müalicə üsulu olacaq.
2076
Sinifsiz bir cəmiyyət nizamı təqdim edən kommunizm bütün dünyaya hakim olacaq.
2084
Təbiət yenidən canlanacaq.
2088
İnsanların saniyələr ərzində yaşlanmasına səbəb olan yeni bir xəstəlik yaranacaq.
2111
İnsanlar proqram qurğusu ilə çalışıb yaşayan robotlara çevriləcək.
Qeyd edək ki, şok proqnozları ilə dünyanın daim diqqət mərkəzində olan Vanqa rus kəşfiyyat rəhbərləri, bir çox tanınmış ölkə liderləri və o cümlədən, İkinci Dünya müharibəsi zamanı Adolf Hitler tərəfindən şəxsən ziyarət edilib.
Vanqa 1996-cı ildə 84 yaşında Bolqarıstanda dünyasını dəyişib.(axar.az)