Logo

Kim baha dərman satsa, cəriməsi ...

Kim baha dərman satsa, cəriməsi...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

2015-ci ilin sonuna kimi bütün apteklərdə dərmanlar vahid qiymətə satılacaq.

Məsələ ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Səhiyyə Nazirliyi  apteklərdə nəzarət həyata keçirir.  Dərmanları dövlətin tənzimlədiyi qiymətdən baha satan şəxsləri isə 10 min manatdan çox cərimə gözləyir.

İlk olaraq, 25 təsiredici maddə üzrə 1057 adda dərmanın qiymətinin tənzimlənməsi prosesinə başlanılıb və hazırda daha 55 təsiredici maddə üzrə dərman vasitəsində qiymətləndirilmə prosesi davam edir.

Bu gündən etibarən dərmanlar Tarif Şurasının tənzimlədiyi qiymətlərlə satılır. Amma bu qiymətlər hələ ki, bütün dərmanlara şamil olunmur. İlin sonuna kimi vahid qiymət strategiyası bütün dərman vasitələrində tətbiq olunacaq.

Artıq əhali daha ucuz dərman almaq üçün aptek axtarmayacaq. Vahid qiymətin tətbiqi nəticəsində süni qiymət artımının da qarşısı alınacaq.

Qeyd edək ki, Tarif Şurasının tənzim etdiyi qiymətlər dərman qablaşmalarının üzəridə əksini tapır.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR