8 azərbaycanlı ailəsində - dördəm əkizlər doğulub
Əvvəllər Azərbaycanda əkiz və ya üçəm uşaqların dünyaya gəlməsi xəbərləri maraqla qarşılanırdı. Lakin sonralar doğuş zamanı 4 və ya 5 uşağın dünyaya gəlməsi xəbərlərinin çoxalması əkiz və üçəmlər haqqında məlumatları kölgədə qoydu. Son illər, Azərbaycanda da doğum zamanı 4 və ya 5 uşağın dünyaya gəlməsi halları artıb.
Dövlət Statistika Komitəsindən doğulan uşaqların sayı haqqında Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2015-ci ilin ilk altı ayı ərzində Azərbaycanda 78,4 min körpə doğulub. Bu körpələrin 1370-i əkiz, 48-i üçəmdirlər. Bu ilin altı ayı ərzində dünyaya gələn uşaqlardan yalnız 8-i dördəm doğulanlardır.
Statistika Komitəsindən bildirilib ki, onlarda beşəm və daha yuxarı sayda uşaq doğumu halları qeydə alınmadığı üçün bu haqda məlumat yoxdur.
Sfera.az