Dubaydan gələn sədr ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Dubaydan gələn sədr ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda səfərdə olan Dubay Əmirliyinin Dəniz Limanları, Gömrük və Cəbəl Əli Azad Zona Komitəsinin sədri Sultan Əhməd Sultan bin Sulayem sentyabrın 16-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üstünə tər çiçəklər düzülüb. 

Sonra Şəhidlər xiyabanına gələn qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. 

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən Dubay Əmirliyinin Dəniz Limanları, Gömrük və Cəbəl Əli Azad Zona Komitəsinin sədrinə Şəhidlər Xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

AZERTAC


OXŞAR XƏBƏRLƏR

2025-ci ildə baş verəcək astroloji hadislər bürclərə necə təsir edəcək?

2025-ci ildə bir neçə əhəmiyyətli astroloji hadisə olacaq. Bunlar isə bürclərin həyatına müxtəlif təsirlər göstərə bilər.    Sfera.az gələn il b...

Ruben Vardanyanın məhkəməsi başlayır - Baş Prokurorluq

Terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, Azərbaycan və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və digər çoxsaylı cinayət...

Şagirdlərin yerdəyişməsi müvəqqəti DAYANDIRILIR

2024/2025-ci tədris ilinin birinci yarımilinin yekunlaşması ilə əlaqədar olaraq gələn ilin 6 yanvar, saat 15:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi m...

Putin İlham Əliyevdən ÜZR İSTƏDİ - YENİLƏNİB

Rusiya Prezidenti Vladimir Putin dekabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Prezid...

Qış aylarında kondisionerdən istifadə edənlərin NƏZƏRİNƏ!

Qış aylarında kondisionerdən istifadə evlərin və ofislərin isinməsi üçün əlverişli bir seçim olsa da, düzgün istifadə edilmədikdə bir sıra sağlamlıq və ekoloji ...

Gələn il üçün maaş, müavinət və təqaüdlərə nə qədər pul ayrılacaq? - AÇIQLAMA

2025-ci ilin dövlət büdcəsini təsdiq edilib. 2025-ci il büdcə gəlirlərinin 38 milyard 356 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,4 % ço...