Bakı-Sumqayıt qatarının cədvəlində - Dəyişiklik
Cəmiyyət
20:22 / 16.09.2015
1684
Sentyabrın 17-dən Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlinə bir marşrut əlavə edilir.
"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən ATV.az-a verilən məlumata görə, sentyabrın 15-dən etibarən Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəli qüvvəyə minib. Sərnişin sıxlıgını nəzərə alaraq, sabahdan etibarən Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlinə bir marşrut əlavə edilir. Əlavə olunan elektrik qatarı saat 07:50-də Bakı sərnişin stansiyasından, saat 09:00-da Sumqayıt sərnişin stansiyasından yola düşəcək.
Beləliklə, Bakı-Sumqayıt elektrik qatarları Bakı sərnişin stansiyasından saat 05:10, 05:30, 06:50, 07:50, 16: 00, 17:25, 18:25 və 19:25-də, Sumqayıt sərnişin stansiyasından isə 06:40, 07:10, 07.55, 09: 00, 17:10, 18:30, 19:30 və 20:30-da yola düşür.
Sərnişin sıxlıgı ilə bağlı Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər olduqca vətəndaşlara məlumat veriləcək.
Sfera.az