Logo

Hansı avtomobillər daha çox yanacaq işlədir? - ARAŞDIRMA

Hansı avtomobillər daha çox yanacaq işlədir? - ARAŞDIRMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Avtomobil alanda ən çox diqqət yetirilən məsələlərdən biri də maşının yanacaq sərfidir.

"Hər 100 kilometrə nə qədər yanacaq işlədir?"  sualını alıcıların hamısı verir.  Hərçənd

ayrı-ayrı alıcılar üçün səbəblər başqadır.

Bəzilərini yanacaq puluna qənaət etmək maraqlandırır. İmkanlı alıcıların isə yanacaq

pulu problemi yoxdur, onlar sadəcə dolu çənlə birdəfəyə nə qədər yol gedə biləcəklərini

öyrənmək istəyirlər.

Azərbaycanda satılan avtomobillərin bir hissəsi də, təkcə bahalı qiyməti və məşhur

brendləri ilə yox, həm də yanacağı "su kimi içməsi" ilə seçilir. Adi sürücülər belə

maşınları pulsuz da götürməzlər, amma onların da alıcıları var. Fins.az ölkədə

satışda olan ən çox yanacaq sərf edən avtomobilləri müəyyən edib. Onların nəyə

görə belə "acgöz" olmasının səbəbləri isə daha maraqlıdır.

"Land Rover Discovery Sport"- 11-12 litr

Ən çox yanacaq işlədən avtomobillər siyahısında  nisbətən az yanacaq sərfinə

görə"Land Rover Discovery Sport" birinci yerdə qərarlaşıb. İnsafən, imicini,

qiymətini və varlı təbəqə arasındakı populyarlığını nəzərə alanda bu avtomomili

hətta qənaətcil saymaq olar. "Land Rover Discovery Sport" şəhəriçində

100 kilometrə real olaraq 11-12 litr yanacaq işlədir. Doğrudur, rəsmi

məlumatlarda "Discovery Sport"un yanacaq sərfi 10,6 litr göstərilir,

amma siyahıya baxdıqca məlum olur ki, heç bu da pis göstərici deyil.

"Range Rover Evoque" - 13-14 litr

Siyahıda  yanacaq sərfinə görə növbəti yeri "Ranga Rover Evoque"

avtomobili tutur. Avtomobilin qiymətinə nəzər salanda onun yanacaq

sərfi o qədər də önəmli görünməyə bilər. Qiyməti 100 min manatdan

yüksək olan gözəl görünüşlü avtomobil şəhər yollarında 13-14 litr yanacaq

işlədir. Bu maşının real yanacaq sərfi də rəsmi məlumatardan çoxdur.

"Mercedes S-Class S 500 " - 13-14 litr

"S class" həvəskarları bayram edə bilərlər. "Mercedes"in ən komfortlu

avtomobili şəhərdə demək olar ki, yanacaq sərf etmir. avtomobilinin yanacaq sərfi

"Ranga Rover Evoque" modeli eynidir. Üstəlik, "Mercedes S500"ün mühərrikininin

həcmi əvvəlki avtomobillərdən 2 dəfədən də çox böyük olduğunu nəzərə alanda,

alman mühəndislərinin fərasəti adamı heyran edir. Hərçənd 240 min manatlıq,

4.7 l mühərrikli "Mercedes S500"ü seçənlər yəqin ki, onun şəhər yolllarında

nə qədər benzin işlətməsinə əhəmiyyət vermirlər. Amma bu avtomobilin

də real benzin sərfi istehsalçı göstəricilərində 5 litr fərqlənir. Zavod göstəricilərinə

görə avtomobil 100 kilometrə 9.1 litr yanacaq sərf etməli idi.

"Ford Explorer" və "Ford Edge" - 14-15  litr

Ən çox yanacaq işlədən avtomobillər siyahısında Amerikan avtomobillərinin

olmaması mümkün deyil. 3,5 litr mühərikli  "Ford Explorer" və "Ford Edge"

krossoverlərinin qiyməti nisbətən ucuz olsa da, yanacaq sərfinə görə, onlar

əvvəlki 3 avtomobili geridə qoyur.  Hər iki avtomobil  şəhər yollarında 100

km məsafəyə 14-15 litr yanacaq işlədir. Maraqlıdır ki, bu göstərici rəsmi

məlumatlardan çox da fərqlənmir.

"Jeep Grand Chrokee Limited" - 15-17 litr

"Jeep Grand Chrokee Limited" avtomobilin real yanacaq sərfi 15-17 litr təşkil

edir. 3.6 l mühərrikli avtomobil hazırda Bakıda 77 min manata satılır.

"Mercedes GL-Class GL500" - 15-20 litr

Azərbaycanda ən çox sevilən "Mercedes" modellərindən biri də çox yanacaq

işlədən avtomobillər siyahısında yer alıb.  Qiyməti 200 min manatdan yüksək

olan "Mercedes GL500" modeli şəhər  yollarında nə az, nə çox 15-20 litr benzin işlədir.

"Toyota Prado" - 16-20 litr

"Toyota LS Prado" mühərrikinin nisbətən kiçik (2,7 litr) və qiymətinin də nisbətən ucuz

olmasına  baxmayaraq  yanacaq sərfinə görə, bəzi  bahalı modelləri də geridə qoyub.

Yeni "Prado" şəhər yollarında real olaraq 16-20 litr yanacaq işlədir. Baxmayaraq ki,

rəsmi təqdim olunan texniki göstəricilərdə avtomobilin şəhər rejimində hər 100

kilometrə cəmi 12,5 litr yanacaq ynadırdığı bildirilir.

"Lexus LX 570" - 20 litr

Məşhur yapon brendinin dəbdəbəsindən gözləri qamaşanlar bəlkə də yanacaq

sərfinə diqqət yetirmirlər. Amma maraqlanmağı dəyər. Bakıda yenicə satışa

çıxarılan "Lexus LX 570" avtomobili şəhər yollarında 20 litr yanacaq sərf edir.

Hərçənd bu texniki göstəricilərə inansaydıq bu rəqəm 14,3 litr olmalıydı. Yapon

brendini almaq istəyənlər  real yanacaq sərfini bilməklə yanaşı onun 205 min

manata satıldığını da nəzərə almalıdırlar.

"BMW X5" və "BMW X6" - 20-22 litr

Real benzin sərfinə görə yeni rekordu digər alman brendi "BMW"lər təzələyir.

5.0 l həcmində mühərrik "BMW X5" və "BMW X6"ya əla dinamika bəxş etməklə

yanaşı, yanacaq çənini də sürətlə boşaldır. Avtomobilin sənədlərində şəhər

rejimində benzin sərfinin 14.7 olduğu göstərildiyi halda, real yanacaq sərfi 20-22

litr təşkil edir.

"GMC Yukon"  və "Cadillac Escalade" - 23-24 litr

Bu modelin görkəminə heyran olmaq üçün gərək əvvəlcə onun nə qədər benzin

yandırdığını yaddan çıxarasan.  Kiçik yük maşınlarını xatırlaan Amerika nəhəngləri

ən çox benzin işlədən avtomobillərdən biridir. Buna 6.2 litr mühərrikli "GMC Yukon"

və "Cadillac Escalade 4.4" avtomobillərini misal göstərmək olar.  Avtomobil satıcıları

da bu modelllərin Bakıda 5-7 litr artıq yanacaq işlətdiyini deyirlər.Avtomobilin zavod

göstəriciləri 100 km məsafə 17-19 litr olsa da, real yanacaq sərfi 23-24 litr təşkil edir.

"Toyota LC 200 "- 20-25 litr

Azərbaycanda satışda olan minik avtomobilləri arasında ən çox yanacaq işlədən

avtomobil "Toyota LS 200 "  modelidir. 4.6 litr mühərikli avtomobil şəhəriçi yollarda

13.3 l əvəzinə 20-25 litr benzin işlədir. Təkcə şəhər yollarında deyil, şosedə də yanacaq

sərfi çoxdur. "Toyota LS 200 "  Bakıdan Şirvana  qədər məsafə qət eləmək üçün 15-16

litr benzin işlədir.

Bəs niyə belə çox yandırırlar?

Göründüyü kimi, avtomobillərin əksəriyyətində yanacaq sərfi rəsmi göstəriləndən xeyli

artıqdır. Bunu heç rəsmi dilerlər də təkzib etmirlər və gizlətməyə lüzum da görmürlər.

Avtomobil ekspertləri fins.az-a bildiriblər ki, Azərbaycanda avtomobillərin göstərilənlən

artıq yanacaq sərf etməsinin əsas səbəbləri yanacağın keyfiyyətinin aşağı olması,

yolların o qədər də yaxşı vəziyyətdə olmaması, şəhəriçi yollarda hərəkət sürətinin

aşağı olması və yaranan tıxaclardır.  Bundan başqa, bəzi sürücülər mühərriki yerli-yersiz

yüksək gərginliklə işlətdiyinə görə yanacıq sərfi də buna uyğun artır. Ona görə də,

avtomobili alanda, yanacaq sərfini dəqiqləşdirmək üçün  rəsmi göstəriciləri ilə yanaşı,

reallıqlara da diqqət yetirmək lazımdır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR