Logo

Manatın məzənnəsi normal axarına qədəm qoydu?

Manatın məzənnəsi normal axarına qədəm qoydu?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Son günlər dünya bazarında neftin qiymətinin artması ilə yanaşı, manatın da dollara

nisbətdə bahalaşmasının şahidi oluruq. Mərkəzi Bankın bu günə olan rəsmi məzənnəsinə

görə, hazırda 1 dolların qiyməti 1,5972 AZN təşkil edir.


Qeyd edək ki, ikinci devalvasiyadan sonra yaranan ajiotaj zamanı valyutadəyişmə məntəqələrinin

önündə insan axını müşahidə olunurdu. Həmin zamanlar ekspertlər bildirirdirlər ki, insanlarda dollara

olan kəskin tələbat da manatın ucuzlaşmasına səbəb olan amillərdəndir.


Nəticə olaraq bu ajiotaj uzun sürdüyü üçün rəsmi qərarla ölkədə valyutadəyişmə məntəqələrinin 

fəaliyyəti tamamilə dayandırıldı. Ölkədə dollar satışını isə yalnız banklar həyata keçirməyə başladılar.


Hazırda manatın bahalaşması onun normal vəziyyətə qədəm qoymasıdırmı?

Gecce.az xəbər verir ki, məsələ ilə bağlı musavat.com-a danışan iqtisadi ekspert Natiq Cəfərli bildirib ki, 

valyutadəyişmə məntəqələrinin bağlanılması iqtisadi mexanizim deyil: “Bu, bir növ inzibati qaydada manatın

məzənnəsinin daha da aşağı düşməsinin qarşısını almağa hesablanıb. Ancaq bu, iqtisadi mexanizm deyil,

inzibati yoldur. Bu gün xarici valyutanın banklar vasitəsi ilə alış-satışı həyata keçirilir. Şənbə və bazar günləri

isə bankların işləməməsi, əhalidə də müəyyən narahatçılıq doğurur. Eyni zamanda müəyyən dərəcədə “qara

bazar”ın da yaranması üçün şərait olur. Son günlər Mərkəzi Bankın rəsmi məzənnəni çox cüzi olsa da, aşağı

salması, müəyyən dərəcədə vəziyyətin stabil olduğunu sərgiləyən addımdır. Bu, psixoloji nöqteyi-nəzərindən

doğru qərardır. Çünki əhalidəki ajiotajı sakitləşdirmək lazım idi. Lakin hazırda yenə də problemlər var. İnsanların

banklardan 300 dollardan yuxarı vəsait almasında problemlər yaranır. Bir çox hallarda isə banklar dollar alsalar

da, satmaqdan imtina edirlər. Bu isə onu göstərir ki, manat öz normal axarına qədəm qoymayıb. Təəssüf ki,

manatın məzənnəsinin normal şəkildə bazar qaydalarına uyğun tənzimlənməsi üçün lazımı alətlər çox azdır”.


Ekspert bildirib ki, valyuta sata biləcək qurumların sayı çox azdır: “Mərkəzi Bank və Neft Fondundan başqa demək 

olar ki, valyuta çıxarıb, satan təşkilatlar yoxdur. Bu da banklararası valyuta birjasının olmamasına səbəb olur. Misal

üçün, qonşu Rusiya da bizə çox bənzər iqtisadi modelə malikdir. Lakin buna baxmayaraq, orada hər gün 10 minə

yaxın şirkət bazarda valyuta alqı-satqısını həyata keçirir. Azərbaycanda belə bir mexanizm olmadığı üçün ancaq

inzibati qaydada manatın məzənnəsini saxlamağa müvafiq olurlar. Düşünürəm ki, bir müddət sonra bu inzibati qaydada

tənzimləmə də problemlər yaradacaq. Çünki ölkədə idxaldan asılılıq var. Xaricdən mal gətirməyə çalışan iş adamları

isə artıq çətinliklərlə üzləşirlər. Bu baxımdan, hesab edirəm ki, bir müddət sonra ölkədə müəyyən malların qıtlığı da yarana bilər”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR