41 uşağa şəxsiyyət vəsiqəsi verilib - Fotolar
Sentyabrın 17-də Sumqayıt “ASAN xidmət” mərkəzi və ASAN Könüllülərinin birgə təşəbbüsü ilə “Könüllülər Yurdu Azərbaycan” layihəsi çərçivəsində Abşeron rayonunun Saray qəsəbəsində yerləşən əqli və fiziki məhdudiyyətli uşaqlar üçün 2 saylı Dövlət Sosial Xidmət müəssisəsində xeyriyyə tədbiri təşkil edilib.Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildiriblər ki, “ASAN xidmət” mərkəzi və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən 41 uşağa şəxsiyyət vəsiqəsi təqdim edilib.Tədbirdə uşaqlar üçün əyləncəli və musiqili anlar yaşanıb. Gənclər valideyn himayəsindən və qayğısından məhrum olmuş uşaqlarla birgə vaxt keçirib, onlara müxtəlif hədiyyələr təqdim ediblər.“ASAN xidmət” mərkəzləri yarandığı ilk gündən sosial məsuliyyət yönümlü aksiyalar keçirir və bu istiqamətdə fəaliyyətini davam etdirir.
AzerTac
Aysel






