Logo

Dəhşətli qəzadan görüntülər - Ölənlərin adları bilindi - VİDEO

Dəhşətli qəzadan görüntülər - Ölənlərin adları bilindi - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakı-Sumqayıt yolunda ağır qəza baş verib.

Bakı-Sumqayıt yolunda ağır qəza baş verib. Bakıdan Sumqayıt istiqamətində hərəkət edən mikroavtobus yol kənarında olan dəmir maniə çırpılıb. Hadisə zamanı 3 nəfər ölüb, 10 nəfər ağır xəsarət alıb.

İdarə etməndən çıxan mikroavtobus yol kənarında olan dəmir maniəyə çırpılıb. Ağır qəzada hadisə yerində iki nəfər ölüb, 12 nəfər isə ağır xəsarət alıb. Hadisə Bakı-Sumqayıt yolunda baş verib.

Əraziyə dərhal paytaxt Bakıdan və Sumqaytdan həkim birqadaları cəlb olunub. Yaralılardan ikisi paytaxt bakıya 10-nu isə Sumqayıt şəhərinə aparılıb.

Qəzada ölənlərinə və yaralıların bəzilərinin adları məlum olub. Qəzada Amil Abdullayev və Elnur Cəfərov hadisə yerindəcə dünyasını dəyişib. Ofeliya Məmmədova isə xəstəxanada vəfat edib. Adları açıqlanan yaralılar isə Baloğlan Atakişiyev, Rövşən Cavadov, Məmmədova Əsmər, Rəşad Əhmədov, Asif Paşabəyov, İbadət Allahverdiyevdir.

Bakıya gətirilən xəstələr trammatologiya və 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdiriliblər. 53 yaşlı Yeganə Qurbanova və 50 yaşlı Elza Hüseynovanın vəziyyətləri ağırdır.

Sumqayıta aparılan yaralılardan bir neçəsinin ayağı amputasiya olunub.

Əraziyə Sumqayıt şəhər yol polisinin əməkdaşları gəlib. İlkin məlumata görə qəzaya avtomobili idarə edən sürücünün yuxulu olması səbəb olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR