33 dərəcə isti olacaq
Kateqoriya məlum deyil
Sentyabrın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah havanın temperaturu gecə 18-22 dərəcə, gündüz 26-30 dərəcə isti olacaq.Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub küləyi əsəcək.Havanın temperaturu Aran rayonlarında gecə 15-20, gündüz 28-33 dərəcə, dağlıq rayonlarda gecə 10-15, gündüz 22-27 dərəcə isti olacaq.
Aysel






