Kamikadze özünü məsciddə partlatdı: 54 ölü. 90 yaralı
Kateqoriya məlum deyil
Nigeriyanın şimali-şərqində yerləşən Maiduguri şəhərindəki məsciddə bomba partladılıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, partlayış nəticəsində 54 nəfər ölüb, 90-ı isə yaralanıb.Şəhər polisinin sözçüsü Viktor İsuku “Boko Haram” terror təşkilatının üzvü olduğu təxmin edilən kamikadzenin üzərindəki bombanı partlatdığını deyib. Eyni vaxtda məsciddən çöldə dayanan bəzi terrorçuların da içəri partlayıcı maddələr atdığı istisna edilmir.
Aysel






