Türkiyədə hərbçiləri daşıyan avtomobil partladıldı, 13 nəfər yaralandı
Kateqoriya məlum deyil
Türkiyənin Van vilayətinin Başkale bölgəsində PKK terror təşkilatı tərəfindən yola düzülən əldə hazırlanmış bomba ilə içərisində hərbiçiləri daşıyan avtomobil partladılıb.Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bomba partlaması nəticəsində Türkiyə silahlı qüvvələrinin 13 hərbiçisi yaralanıb.Hadisə ötən gecə Başkale-Hakkari avtomobil yolunun 10-cu kilometrliyində baş verib.Partlayış zamanı yaralanan hərbiçilər dövlət xəstəxanasına yerləşdirilib. Hazırda partlayış törədilən ərazidə axtarış əməliyyatları keçirilir. Əməliyyata havadan da helikopterlər dəstək verir.
Aysel






