Rus hərbi gəmiləri İstanbul boğazında
Kateqoriya məlum deyil
İstanbulu iki yerə ayıran Dardanel boğazından arxa-arxasınca keçən Rusiyanın Hərbi Dəniz Donanmasına aid iki gəmi Mərmərə dənizinə doğru hərəkət edib.
Avropa.info xəbər verir ki, Rusiya ordusuna aid 151 bort nömrəli "Azov", və 127 bort nömrəli "Minsk" adlı iki döyüş gəmisi boğazı keçərək Mərmərə dənizinə doğru hərəkət edib.
Hərbi Dəniz Donanmasının gəmiləri dünən yerli vaxtla 15:30 radələrində Egey dənizindən Dardanel boğazına daxil olublar. .
Boğazdan keçdikləri əsnada sahil təhlükəsizlik qüvvələrinin yoldaşlıq etdiyi hərbi gəmilərin gedəcəyi limanlar haqda məlumat verilməyib.






