Logo

Bakıda 18 yaşlı oğlan bıçaqlandı

Bakıda 18 yaşlı oğlan bıçaqlandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakının Suraxanı rayonunda 18 yaşlı gənc bıçaqlanıb. APA-nın məlumatına görə, hadisə Əmircan qəsəbəsində qeydə alınıb. Rayon sakinin 18 yaşlı Sabir Böyükağa oğlu Əsgərov qarın boşluğunun kəsilmiş, deşilmiş yarası diaqnozu ilə Sabunçu xəstəxanasına çatdırılıb. Xəstəxananın həkimi Aydın Kazımovun APA-ya verdiyi məlumata görə, xəstəyə dərhal müdaxilə edilib və o əməliyyat götürülüb: "Əməliyyat zamanı aydın olub ki, yara daxilə nüfuz edib. Mədənin zədələnməsi aşkar olunub. Mədə yarası tikildi. Hal-hazırda vəziyyəti ağır stabil olaraq qalır. Həyatı üçün təhlükə yoxdur".

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

Aysel

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR